Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO
Astara, 11 noyabr, AZƏRTAC
Astarada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alanlardan 4-ü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 12 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
12:43
Astara rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində “Qazel” markalı mikroavtobus aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda, Deqədi kəndi ərazisində baş verib.
Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, Deqədi-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusda 20-yə yaxın sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev