Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda polşalı Yakub Qlenski ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Vüsal Tağıyev