Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ VİDEO
Kiyev, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-nə keçən gecədən başlayaraq Ukraynanın Kiyev vilayəti və paytaxt ballistik raketlərlə, reaktiv dronlarla vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 10-a yaxın ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik logistik infrastrukturlar olub.
Səhər saatlarında isə reaktiv dronların hücumu nəticəsində Kiyevin Solominsk rayonunda 9 mərtəbəli yaşayış binası dağılıb. Nəticədə 1 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
AZƏRTAC hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev