Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO
Kəlbəcər, 12 noyabr, AZƏRTAC
Kəlbəcərdə quruculuq işləri ilə bərabər, ətraf mühitin qorunmasına və şəhərin təmiz saxlanılmasına da xüsusi önəm verilir. Bu məqsədlə rayonda iməcilik aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən şirkətlərin işçiləri, sakinlər və məktəblilər fəal iştirak ediblər.
İməcilik çərçivəsində Kəlbəcər şəhərində və rayonun müxtəlif ərazilərində təmizlik işləri aparılıb.
Aksiya ətraf mühitin mühafizəsinə, təmizliyin təmin olunmasına və bu sahədə ictimai məsuliyyətin artırılmasına töhfə vermək məqsədi daşıyıb.
Müxbir – Tahir Ağaməmmədov