Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə ayrılacaq 4 milyon 700 min manat vəsaitin məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərilməsinə, insan alverinin qurbanlarına yardıma, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud olan uşaqlara sosial və psixoloji işin təşkilinə xərclənməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.
O qeyd edib ki, ölkəmizin elmi potensialının gücləndirilməsi və elmin nəticələrinin iqtisadiyyata tətbiqi işini yaxşılaşdırmaq üçün elm sahəsinə ayrılması nəzərdə tutulan 257 milyon 920 min 835 manat vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə yönəldiləcək.
Fotoqraf - Aydın Məmmədov