Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqısı üç dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, vergilər daxil olmaqla bizim müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.
O qeyd edib ki, sertifikasiyada iştirak etməyən və ya cəlb olunmayan şəxslərin orta əməkhaqqısı 770 manat təşkil edirsə, uğur göstərənlərin, yəni 10 faiz əlavə alanların orta əməkhaqqısı 1010 manat olur. Yüksək nəticə göstərənlərin orta əməkhaqqısı isə 1320 manata çatdırılıb. Bu islahat üçün növbəti il 286,4 milyon manat büdcə vəsaiti nəzərdə tutulub.
Fotoqraf - Aydın Məmmədov