Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” regional nizama əhəmiyyətli təsir göstərən amillərdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Onun fikrincə, Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında mübadilə edilən bu sənəd Böyük Britaniyanın ölkəmizin prioritetlərinə dəstək verdiyini göstərir. Sənəddə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalara da istinad edilməsi Böyük Britaniyanın regional proseslərə hansı kontekstdən və istiqamətdən yanaşdığını ortaya qoyur. Bu, Böyük Britaniyanın TRIPP marşrutuna əhəmiyyətli dəstək verəcəyini göstərir.
Daha ətraflı videomüsahibədə izləyə bilərsiniz.