Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib VİDEO
Antalya, 13 noyabr, AZƏRTAC
Azərbaycanla münasibətlərimizdən danışmağa ehtiyac yoxdur. Biz iki qardaş ölkəyik. Azərbaycan pavilyonunu ziyarət edərək burada ətraf mühitlə bağlı həyata keçirilən işlər barədə məlumat aldıq. Təxminən 15 gün əvvəl nümayəndə heyətimizlə birlikdə Azərbaycana səfər etdik və ölkənin təhsil sistemi ilə yaxından tanış olduq. Azərbaycandan xoş təəssüratlarla ayrıldıq. Eyni səmimi hisslərlə azərbaycanlı qardaşlarımıza salamlarımızı çatdırırıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin milli təhsil nazirinin müavini Ömer Faruk Yelkenci söyləyib.
Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim sammiti çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edən nazir müavini buradakı layihələrlə yaxından tanış olub, pavilyonumuz barədə məlumat alıb.