Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xankəndi, 13 noyabr, AZƏRTAC

Xankəndidə həyətlərin birində göyərçinlərə dən verən, onlarla sanki söhbət edirmiş kimi əzizləyən yaşlı kişi diqqətimizi çəkir. Quşlara xüsusi qayğı ilə yanaşan bu insanın onlarla bağlı maraqlı bir hekayəsi var. Məlum olur ki, o, 38 il əvvəl Xankəndini tərk edərkən göyərçinlərini də özü ilə aparıb. Köçkünlük illərində harada yaşamasından asılı olmayaraq quşlarını qoruyub saxlayıb, onların nəslini davam etdirib. İndi isə illər əvvəl ayrıldığı doğma şəhərə qayıdarkən göyərçinləri də özü ilə gətirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 73 yaşlı Fəxrəddin Əhmədov bu il avqustunda 38 illik ayrılıqdan sonra doğma Xankəndiyə, ata evinə qayıdıb.

Artıq üç aydır ki, burada yaşayır. İndi hər gün sevimli məşğuliyyəti ilə – illərdir ayrılmadığı göyərçinlərinə qulluq etməklə vaxt keçirir. Fəxrəddin kişi quşlarına dən verir, su qablarını doldurur, onları əzizləyir. Həyətdəki sarı və çil göyərçinlərə baxdıqca 38 il əvvəl özü ilə doğma şəhərdən apardığı quşları xatırlayır.

“1988-ci ildə 35 yaşımda Xankəndindən ata evimdən çıxdım. Hara getsəm də, Xankəndidən çıxartdığım göyərçinləri özümlə apardım. Göyərçinlər mənim hobbimdir, mənim həyatımdır. Buradan apardığım göyərçinlərin nəslini 38 il sonra yenidən öz doğma ata evimə gətirmişəm”, – deyə Fəxrəddin Əhmədov bildirir.

Deyir ki, Xankəndini tərk edərkən göyərçinlərinin sayı 25-30-a yaxın olub. Köçkünlük illərində Şuşada, Ağdamda, Ağcabədidə, İmişlidə, Lənkəranda və Bakıda yaşasa da, quşlarını heç vaxt yanında ayırmayıb. İndi həyətdə gördüyümüz sarı və çil göyərçinlər həmin quşların nəslindəndir.

“Aradan 38 il keçib. Bu sarı, çil göyərçinlər həmin göyərçinlərin nəslindən qalandır. Apardığım göyərçinlərin nəslindəndir bunlar. Mən bunlarla yaşayıram, bunlarla nəfəs alıram”, – deyə həmsöhbətimiz əlavə edir.

Fəxrəddin Əhmədovla söhbətimizi evdə, çay süfrəsi arxasında davam etdiririk. Bu dəfə xatirələr bizi illər əvvələ – onun uşaqlıq və gənclik dövrünə, ailəsinin xoş günlər yaşadığı ata ocağına aparır. Məlum olur ki, onun üçün bu ocaq sadəcə yaşadığı məkan deyil, uşaqlığının, gəncliyinin, ailə həyatının ən unudulmaz anlarının keçdiyi doğma ünvandır.

Söhbət zamanı öyrənirik ki, evin tarixi də az qala bir əsrə yaxındır. Atası bu evi 1936-cı ildə tikib. Fəxrəddin Əhmədov isə 1953-cü ildə elə bu evdə dünyaya göz açıb. Beş oğul, iki qızın böyüdüyü ocaq ailənin ən xoş xatirələrini özündə yaşadır.

“Atam çox zəhmətkeş insan idi. Bizi böyüdüb, ərsəyə çatdırıb. İki qız gəlin köçüb. Beş qardaşımın toyu burada olub. Mənim toyum da bu evdə olub. 20 yaşında yoldaşımla ailə qurmuşam. Gözəl günlərimiz bu evdə çox olub. Gözəl yaşamışıq”, – deyə Fəxrəddin Əhmədov xatırlayır.

Ancaq 1988-ci ildə bu xoş günlər yarımçıq qalır. Ailə doğma şəhərini tərk etməyə məcbur olur. Əvvəlcə dörd il Şuşada yaşayırlar. Daha sonra yenidən köçkünlük həyatı başlayır. Ağdamda bacısının evinə sığınan ailə oradan Ağcabədiyə, İmişliyə, Lənkərana köçür, sonda Bakıda yataqxanada məskunlaşır.

Müxtəlif ünvanlarda keçən illər ərzində doğma şəhərə, ata evinə qayıtmaq ümidi isə heç vaxt sönmür. Fəxrəddin Əhmədov deyir ki, köçkünlük həyatının ən ağır tərəfi doğma ocağından uzaqda yaşamaq idi. Səhhətindəki problemlər bu həsrəti daha da ağırlaşdırırdı.

“Bakıda olduğum illərdə hər gün, hər saat Allahdan möhlət istəmişəm ki, gedib ata yurdumda, evimdə ölüm. Allaha deyirdim, mənə möhlət ver, gedim evimdə yaşayım, ondan sonra nə edirsən, özün bilərsən”, – deyə o, kövrək hisslərlə danışır.

Xankəndinin azad olunması xəbərini eşidəndə keçirdiyi sevinc hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyir. Nəhayət, 2026-cı il avqustun 14-də bu arzusuna qovuşur. İllərlə həsrətində olduğu ata evinə dönməsi Fəxrəddin kişinin həyata bağlılığını, yaşamaq eşqini daha da artırır.

“İndi isə Allahdan ömür istəyirəm. Doğma yurdda ailəmlə, balalarımla, nəvələrimlə yaşamaq istəyirəm. Dövlətimizə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun, gözəl şərait yaradıb. Allaha şükür, indi ata yurdumda, atam evində yaşayıram. Şəhidlərə, qazilərə minnətdaram. Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm. Var olsun dövlətimiz, var olsun ordumuz”, – deyə Xankəndi sakini bildirir.

Doğma evə qayıtdığı ilk günlərdə yaşadığı başqa bir hadisə də onun yaddaşında dərin iz buraxıb. Xankəndiyə çatar-çatmaz atasının məzarını ziyarət etməyə gedir. Lakin qəbiristanlığın dağıdıldığını görür. Bu mənzərə onu o qədər sarsıdır ki, halı pisləşir.

Onun həyat yoldaşı Səadət Əhmədova da bu evə qayıdışın sevincini yaşayır. 1977-ci ildə gəlin gəldiyi evdə iki övlad böyüdüb. Ayaqqabı sexində işləyib, ailəsi ilə birlikdə Xankəndidə xoş günlər keçirib. Köçkünlük illərində isə doğma şəhərinin, evinin həsrəti ilə yaşayıb.

Səadət xanım deyir ki, doğma yurda qayıdacaqları günü uzun illər səbirsizliklə gözləyiblər. Avqustun 14-də yenidən Xankəndidəki evlərinə köçəndə yaşadıqları sevinc və həyəcanı sözlə ifadə etmək çətin olub.

“Bura köçən günü çox kövrəldik, ağladıq. İnanmırdıq. Gecə yatıb səhər oyananda deyirdim, yəni Xankəndidəyik?”, – deyə Səadət Əhmədova bildirir.

O, bu günə görə şəhidlərə rəhmət, qazilərə şəfa diləyir, dövlət başçısına minnətdarlığını ifadə edir. Ən böyük arzusu isə doğma yurdlarından didərgin düşmüş bütün insanların öz evlərinə qayıtmasıdır.

Fəxrəddin Əhmədovun həyətində göyərçinlər yenə qanad çalır. Bir vaxtlar Xankəndidən özü ilə apardığı quşların nəsli indi doğma şəhərdə, ata evinin həyətində yaşayır. 38 il əvvəl yarımçıq qalan həyat bu gün doğma ocaqda yenidən davam edir. Fəxrəddin kişi üçün bundan böyük xoşbəxtlik yoxdur. İndi o, illərlə həsrətində olduğu evində, ailəsinin yanında, sevimli göyərçinlərinin əhatəsində yaşayır. Vaxtilə bu həyətdən özü ilə apardığı göyərçinlər kimi, özü də nəhayət, doğma yuvasına qayıdıb.

Müxbir – Tahir Ağaməmmədov

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığa başladığı ilk elmi müəssisə Kimya İnstitutu olub

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Anar Rzayev: Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması vacib məsələlərdəndir

COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub

AICA: Bakıda keçirilən süni intellekt sammiti bu sahədə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

® “Azercell”in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində strateji tərəfdaşdır ŞƏRH

Almaniyanın ətraf mühit naziri dünyada “enerji inqilabı”nın baş verdiyini bildirib

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşüb

BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2026” layihəsinə başlanılıb

Fərid Cəfərov: Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqa töhfəsini nümayiş etdirir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir - ŞƏRH

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu

Azərbaycan Qazaxıstanda keçirilən Gənc Alimlərin Beynəlxalq Konqresində təmsil olunur

® Nezih Recep Aysel: Naxçıvan zəngin memarlıq irsi və özünəməxsus şəhərsalma ənənələri ilə seçilən qədim şəhərdir

Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir

Aktoti Raimkulova: Azərbaycan pavilyonu mədəni irsin qorunması və təbiətə həssas münasibəti əks etdirir

Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb

Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir VİDEO

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir VİDEO

Elbrus İsayev: Əcəmi Naxçıvaninin memarlıq irsi dünya mədəniyyətinin qiymətli nümunələrindəndir

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib VİDEO

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib VİDEO

Gənclər Kitabxanasının professor Sevda Məmmədəliyevanın 80 illik yubileyinə töhfəsi

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

İran ABŞ-nin MQ-1 PUA-sını vurub

Günay Əfəndiyeva: “Bakı Prosesi” dövründə Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Azərbaycan Premyer Liqası: İlin son turlarının oyun cədvəli açıqlanıb

Qırğızıstan rəsmisi: BMT-nin İqlim Dəyişmələri konfransları Mərkəzi Asiyada da keçirilməlidir

Polad Bülbüloğlu: Azərbaycan mədəni diplomatiyası beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub

Naxçıvan Kukla Teatrı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəcək

Şəkidə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 medalla tamamlayıb

Milli Dram Teatrında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

“Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda İCTİMAİ DİNLƏMƏ

Milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub