Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO
Mingəçevir, 13 noyabr, AZƏRTAC
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III turunda ilk oyununa çıxıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Şimali Makedoniyanın “Çair” komandası ilə qarşılaşıb. Görüş Skopye klubunun qələbəsi ilə başa çatıb – 27:24.
Komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni arenada keçiriləcək.
Xatırladaq ki, “Kür” əvvəlki mərhələdə Kiprin APOEL komandasını hər iki oyunda məğlub edərək növbəti raunda yüksəlib. Azərbaycan təmsilçisi rəqibini ilk görüşdə 40:18, cavab matçında isə 39:13 hesabı ilə üstələyib.
Müxbir – Vüsalə Cənnətova