Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Avropa liderləri bu dəfə İrlandiyanın paytaxtı Dublində toplaşdılar. “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki sammitdə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri müzakirə edildi.
50-yə yaxın dövlət və hökumət başçısını bir araya gətirən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında diqqətlər həm də Azərbaycanın üzərində oldu. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, Avropa İttifaqı rəhbərliyi ilə təmaslar ölkəmizə olan marağın əyani göstəricisidir. Bu, həm də ölkə başçısının beynəlxalq arenada qazandığı şəxsi nüfuzun, praqmatik və etibarlı lider kimi formalaşmış imicinin nəticəsidir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.