Azərbaycan Dövlət İnformasiya Agentliyi

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Naxçıvan, 13 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işinə başlayıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, eləcə də böyük memarın yubileyinin UNESCO-nun yubileylər proqramında qeyd olunması və ölkəmizdə həyata keçirilən mədəni irsin qorunması siyasəti kontekstində təşkil olunub.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Büstün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsinə ehtiram ifadə olunub.

Sonra Əcəmi Naxçıvaninin abidəsi ziyarət edilib. Qonaqlar həmçinin “Əcəmi seyrangahı” istirahət kompleksi və Möminə xatun türbəsində olublar. Memar Əcəmiyə həsr olunmuş kitab sərgisi, eləcə də NDU Memarlıq və mühəndislik və İncəsənət fakültələrinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm və memarlıq sərgilərinə baxış keçirilib. Sərgilərdə Əcəmi irsinin zənginliyi, Naxçıvan memarlıq məktəbinin özünəməxsus xüsusiyyətləri və milli-mədəni dəyərlərimiz bədii-estetik şəkildə nümayiş olunub.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib. Əcəmi Naxçıvani və Nizami Gəncəvinin obrazlarını canlandıran və bu dahilərin yaşadığı dövrü əks edən bədii kompozisiya tədbirə xüsusi rəng qatıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli konfransda çıxış edərək Əcəmi Naxçıvaninin zəngin yaradıcılıq irsinin öyrənilməsi, Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixindəki yerinin araşdırılması və tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini vurğulayıb.

Samir Seyidəhmədli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəminin 850 illik yubileyinin keçirilməsi və Prezident İlham Əliyevin 900 illik yubileylə bağlı Sərəncamı bu irsə dövlət qayğısının bariz təzahürüdür. Səlahiyyətli nümayəndənin müavini abidələrin rəqəmsal sənədləşdirilməsi, bərpa işlərinin elmi əsaslandırılması və tarixi şəhər mühitinin qorunması istiqamətində birgə tədqiqatların əhəmiyyətini vurğulayıb.

NDU-nun rektoru Elbrus İsayev öz çıxışında Əcəmi Naxçıvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının və UNESCO tərəfindən beynəlxalq miqyasda anılmasının Azərbaycan memarlıq irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Rektor dahi memarın Azərbaycan və türk-İslam memarlıq tarixindəki mövqeyinə, yaratdığı memarlıq məktəbinin təsir dairəsinə diqqət çəkib. Qeyd edib ki, Əcəminin əsərləri orta əsrlər Azərbaycanında yüksək mühəndislik təfəkkürünün, estetik zövqün və inkişaf etmiş şəhərsalma mədəniyyətinin göstəricisidir. İpək Yolunun Naxçıvanın tarixi-mədəni əlaqələrinin inkişafındakı roluna toxunan Elbrus İsayev Əcəmi irsinin müasir şəhərsalma ənənələri ilə əlaqəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Memar Əcəminin Şərqdə özünəməxsus memarlıq məktəbi yaradan, müxtəlif sənət sahələrini öz yaradıcılığında birləşdirən çoxşaxəli və universal sənətkar olduğunu olduğunu vurğulayıb. Möminə xatun, Yusif ibn Küseyir türbələri kimi nadir memarlıq nümunələrinin onun mühəndislik, nəqqaşlıq və xəttatlıq bacarığının vəhdətini əks etdirdiyini diqqətə çatdırıb.

Konfransda iştirak edən Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin direktoru Erich Pummer, Türkiyənin Mimar Sinan Gözəl Sənətlər Universitetinin prorektoru, professor Nezih Recep Aysel və Çinin Anhui Jianzhu Universitetinin professoru Lei Zhang çıxışlarında Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki mövqeyindən, Naxçıvan memarlıq məktəbinin bəşəri irsə verdiyi töhfələrdən və tarixi abidələrin qorunmasının əhəmiyyətindən bəhs ediblər. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək elmi müzakirələrin Əcəmi irsinin daha dərindən araşdırılmasına, memarlıq tarixinin öyrənilməsinə və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbir çərçivəsində Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra NDU rektoru Elbrus İsayev tərəfindən tədbirin tərəfdaş qurum rəhbərlərinə və dəvətli qonaqlara təşəkkür plaketləri təqdim olunub.

Konfransın bədii hissəsində NDU-nun müəllimi Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli və NDU nəzdində Musiqi Kollecinin müəllimi Hüseyn Mürsəlovun bədii rəhbərliyi ilə universitetdə yeni yaradılmış Qədim Xalq Çalğı Alətləri Ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq elmi konfransda elmi müzakirələr 6 zalda 3 panel və 7 bölmə üzrə aparılacaq. Təqdim olunan tədqiqat materialları 16-sı yerli, 9-u isə xarici olmaqla, ümumilikdə, 25 elm və təhsil müəssisəsini əhatə edir.

Müxbir- Nail Əsgərov

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Politoloq: “Avropa Siyasi Birliyi”nin Sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin Toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub