Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Naxçıvan-Ordubad magistral yolunda, Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 1990-cı il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
04:11
Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir.
Müxbir- Nail Əsgərov