Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralılardan bəziləri təcili tibbi yardım avtomobili, digərləri isə xəstə yaxınlarının şəxsi nəqliyyat vasitələri ilə gətirilib. Xəsarət alanların hamısı ətraflı müayinədən keçirilib. Hazırda onların bir qismi həkim nəzarətində saxlanılır, digərləri isə evə buraxılıb.
Qeyd edilib ki, yaralılar arasında ağır vəziyyətdə olan yoxdur. Ümumilikdə, 11 nəfərdən yalnız birində travmatik zədə aşkarlanıb, digər şəxslərin xəsarətləri isə yüngül xarakter daşıyır.
16:58
Ordubadda mikroavtobus aşması nəticəsində xəsarət alanların adları açıqlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-cı il Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı, 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı, 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı, 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı, 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qızı, 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızı xəsarət alıblar.
İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər. Hazırda xəsarət alanların müayinələri davam etdirilir.
16:44
Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib. Hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov