Əməkdar artist Arif Mirzəyev dəfn edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib.
Fotoqraf – İlkin Cavanşirov