Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da parlamentin payız sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 11 məsələ daxildir. Bunlardan 8-i 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir.

Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə danışan Milli Məclisin sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verib.

Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. Bildirilib ki, ümumi həcmi 89,4 milyard dollara çatan strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da dəstəkləyir. Eyni zamanda, maliyyə təhlükəsizliyinin yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunduğu qeyd edilib.

Komitə sədri bildirilib ki, 2027-ci ilin büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülüb. Qeyd olunub ki, büdcə layihəsində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən dövlət investisiyalarına 5,3 milyard manat vəsait nəzərdə tutulması fiskaldayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir. Növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulda payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Həmçinin diqqətə çatdırılıb ki, postmüharibə dövrünü yaşamış digər ölkələrdən fərqli olaraq, dövlətimiz Böyük Qayıdış proqramını yalnız özü maliyyələşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020-2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə 3,4 milyard manat nəzərdə tutulur.

Onun sözlərinə görə, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da güclənəcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bununla yanaşı, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə 8,9 milyard manat yönəldiləcək.

Sonra maliyyə naziri Sahil Babayev çıxış edərək “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

Diqqətə çatdırılıb ki, 2027-ci il üçün ÜDM-in 2,7 faiz artımla 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizi, yaxud 109,1 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılır.

Maliyyə nazirinin sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılması nəticəsində növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz az olmaqla 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərdəndir. 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir.

Sonra Sahil Babayev dövlət və icmal büdcələrin gəlir və xərcləri barədə məlumatı təqdim edib.

Nəzərə çatdırılıb ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat həcmində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6,9 milyard manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödənişli xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək.

Bildirilib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.

Nazir 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası dövründə iqtisadiyyatda kəmiyyət artımı ilə yanaşı, keyfiyyət dəyişikliklərinin də baş verdiyini söyləyib. Nəzərə çatdırılıb ki, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyd edilib ki, ölkə iqtisadiyyatı ümumi daxili məhsulla yanaşı, ümumi milli gəlirin artımı ilə də xarakterizə olunur. Belə ki, hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə dəyər və əlavə gəlir mənbəyinə çevrilir. Habelə, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyi söylənilib, bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsi kimi dəyərləndirilib. Bununla yanaşı, qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorlarının artımın aparıcı sahələrinə çevrildiyi qeyd olunub.

Nazir Milli Məclisə təqdim edilən dövlət büdcəsi paketinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan əsas hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək bildirib ki, illik inflyasiya hədəf diapazonu səviyyəsindədir. Proqnozlara görə, növbəti ildə ölkədə ÜDM-in 2,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağı gözlənilir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli qalması valyuta bazarında tarazlıqla müşayiət olunub. Növbəti ildə də xarici sektor üzrə əlverişli mövqenin qorunacağı, cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 5,4 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayında 4,1 faiz artaraq 88,6 milyard ABŞ dollarına çatıb.

Qeyd olunub ki, son 1 ildə əmanətlərin dollarlaşma səviyyəsi rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq oktyabrda 25,2 faizə, qeyri-rezident fiziki şəxslər üzrə isə 6,1 faiz bəndi azalaraq 54,1 faizə düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ilin 10 ayında 3,9 milyard ABŞ dolları və ya 34 faiz artaraq 15,4 milyard ABŞ dollarına çatıb. Bu da Azərbaycanın müstəqillik tarixində maksimal səviyyədir.

Bildirilib ki, 2026-cı ilin 10 ayında bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 16,5 faiz və likvidliyin örtülmə əmsalı 153 faiz olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib.

Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. O, layihənin mühüm xüsusiyyətlərinə diqqət çəkərək qarşıdakı ilin dövlət büdcəsini neft asılılığının azaldılması baxımından dönüş nöqtəsi və eyni zamanda hərbi, sosial, investisiya xərclərinin optimal sintezi kimi xarakterizə edib.

Palata sədri diqqətə çatdırıb ki, “Büdcə zərfi”nə daxil olan sənəd və göstəricilər qanunvericiliyə uyğun hazırlanıb, büdcə parametrləri əsasən düzgün və etibarlı təqdim edilib. O, həmçinin layihənin ölkənin fiskal dayanıqlığının qorunması və dövlət maliyyəsinin səmərəli idarə olunması baxımından əlverişli çərçivə yaratdığını vurğulayıb.

Palata sədri çıxışında xərclərin səmərəli planlaşdırılması, büdcə və maliyyəhesabatlığı ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini diqqətə çatdırıb.

2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək.

11:00

Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.

Üç gün davam edəcək plenar iclasın gündəliyinə aşağıdakı 10 məsələ daxil edilib:

1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

6. Mülki Prosessual Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

7. Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəlləsində, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

8. Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

9. Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

10. Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

Fotoqraf - Aydın Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

Kiyevin körpüləri ballistik raketlərlə vurulub

UEFA Millətlər Liqası: Almaniya millisi Niderlanda böyük hesabla qalib gəlib

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq

Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

İsmayıllının dağ kəndində qaz problemi - “Azəriqaz” məsələyə münasibət bildirdi

Avropanın beş ölkəsi Ruandada miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılmasını planlaşdırır

Samara azərbaycanlılarının dəstəyi ilə “Gənc qvardiya”nın üzvü Əli Dadaşov haqqında film çəkilib

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir