Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda təhsil aldı, Qarabağda müəllim kimi fəaliyyətə başladı - MÜSAHİBƏ

Bakı, 16 noyabr, AZƏRTAC

London Universitet Kollecində (University College London - UCL) magistratura təhsili alan Turə Müzəffəri Həqiqi bu gün beynəlxalq akademik mühitdə qazandığı bilik və təcrübəni Qarabağ Universitetində müəllim kimi tətbiq edir. Təhsildə qiymətləndirmə, tələbəyönümlü yanaşma və müasir tədris metodları üzrə biliklərini Azərbaycan təhsilinin inkişafına yönəltməyi qarşısına məqsəd qoyan Turə Müzəffəri Həqiqi xaricdə qazandığı təcrübəni ölkəmizdə bölüşməyə çalışır.

Azərbaycan Dillər Universitetinin məzunu olan Turə Müzəffəri Həqiqi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində UCL-də magistratura təhsilini yüksək nəticə (merit dərəcəsi) ilə başa vurub. Hazırda Qarabağ Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

O, AZƏRTAC-a müsahibəsində xaricdə təhsil seçiminin səbəbləri, Böyük Britaniya və Azərbaycan ali təhsil sistemləri arasındakı fərqlər, Qarabağ Universitetindəki fəaliyyəti barədə danışıb. Müsahibəni təqdim edirik.

–Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq qərarını necə verdiniz? UCL-də təhsil almaq seçiminizdə hansı amillər həlledici oldu?

–Xaricdə təhsil almaq mənim üçün sadəcə başqa bir ölkədə yaşamaq, nüfuzlu universitetin diplomunu əldə etmək və ya yeni bir mədəniyyətlə tanış olmaq demək deyildi. Bu qərarın arxasında daha böyük bir məqsəd dayanırdı: təhsil sahəsində biliklərimi dərinləşdirmək, fərqli təhsil sistemlərini yaxından öyrənmək və qazandığım təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək. Hələ tələbəlik illərindən təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığına inanırdım. Mənim üçün hər zaman maraqlı olan suallardan biri bu idi: nə üçün eyni sinifdə, eyni müəllimdən dərs alan tələbələr fərqli nəticələr göstərirlər? Bu fərqlərin yaranmasında müəllimin yanaşması, tədris mühiti, qiymətləndirmə üsulları və tələbənin motivasiyası hansı rolu oynayır? Zaman keçdikcə bu suallar mənim təhsil sahəsinə marağımı daha da artırdı. Xüsusilə qiymətləndirmə məsələsi diqqətimi çəkirdi. Çünki ənənəvi yanaşmada bəzən tələbənin biliyi onun imtahanda topladığı balla eyniləşdirilir. Halbuki insanın bilik və bacarıqlarını yalnız bir imtahan nəticəsi ilə müəyyənləşdirmək mümkün deyil. Tələbə müəyyən mövzunu çox yaxşı başa düşə, yaradıcı və tənqidi düşünə, fikirlərini əsaslandıra bilər, lakin imtahan həyəcanı və ya digər amillər səbəbindən öz potensialını tam nümayiş etdirməyə bilər. Bu kimi məsələləri daha dərindən araşdırmaq istəyirdim. Məhz buna görə magistratura təhsilimi təhsil sahəsində davam etdirmək qərarına gəldim. Xaricdə təhsil almaq üçün müxtəlif universitetlərin proqramlarını araşdırarkən London Universitet Kollecinin (UCL) nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu - UCL Institute of Education diqqətimi cəlb etdi. Bu institutun təhsil tədqiqatları sahəsində beynəlxalq nüfuzu, akademik mühiti və təhsilə yalnız praktiki deyil, həm də elmi və tənqidi yanaşması seçimimdə mühüm rol oynadı. UCL-də məni ən çox cəlb edən məqamlardan biri tələbələrin hazır bilikləri mənimsəməklə kifayətlənməməsi, mövcud nəzəriyyələri sorğulamağa, müxtəlif yanaşmaları müqayisə etməyə və öz akademik mövqelərini formalaşdırmağa təşviq olunması idi. Mən məhz belə bir mühitdə təhsil almaq istəyirdim. Çünki yaxşı müəllimin yalnız öz fənnini bilməsinin kifayət etmədiyini, onun həm də araşdırma aparmağı, öz fəaliyyətini təhlil etməyi və daim öyrənməyi bacarmalı olduğunu düşünürəm.

-Təhsildə qiymətləndirmə sahəsində qazandığınız biliklər hazırda Qarabağ Universitetində müəllimlik fəaliyyətinizdə necə tətbiq olunur?

-UCL-də təhsil aldığım müddətdə qazandığım biliklərin hazırda Qarabağ Universitetindəki müəllimlik fəaliyyətimə əhəmiyyətli təsiri var. Xüsusilə qiymətləndirməyə yanaşmamın formalaşmasında magistratura təhsilim və apardığım tədqiqat mühüm rol oynayıb. Mənim üçün qiymətləndirmə yalnız tələbəyə müəyyən bal vermək və ya onun semestrin sonunda hansı nəticəni əldə etdiyini müəyyənləşdirmək deyil. Qiymətləndirmə, ilk növbədə, tələbənin öyrənmə prosesini anlamaq, onun güclü və inkişaf etdirilməli tərəflərini müəyyən etmək və növbəti mərhələdə necə irəliləyə biləcəyini göstərmək üçün bir vasitədir. Təhsildə qiymətləndirmənin iki mühüm istiqaməti var: formativ və summativ qiymətləndirmə. Summativ qiymətləndirmə tələbənin müəyyən tədris mərhələsinin sonunda əldə etdiyi nəticəni ölçməyə xidmət edir. Formativ qiymətləndirmə isə öyrənmə prosesi zamanı həyata keçirilir və tələbənin inkişafına dəstək olmağı hədəfləyir. Mən dərslərimdə bu iki yanaşma arasında balans yaratmağa çalışıram. Məsələn, ingilis dili dərslərində tələbənin yalnız qrammatik qaydaları nə dərəcədə bildiyini yoxlamaqla kifayətlənmirəm. Onun həmin biliklərdən real ünsiyyət zamanı necə istifadə etdiyinə, fikirlərini nə qədər aydın ifadə etdiyinə, qarşı tərəfi necə dinlədiyinə və öz mövqeyini necə əsaslandırdığına da diqqət yetirirəm. Bu məqsədlə dərslərimdə müxtəlif interaktiv fəaliyyətlərdən istifadə edirəm. Tələbələr qrup müzakirələrində iştirak edir, təqdimatlar hazırlayır, real həyat situasiyalarını canlandırır, müəyyən problemlərə həll yolları axtarır və fərqli mövzular ətrafında öz fikirlərini bölüşürlər. Belə fəaliyyət onların yalnız dil bacarıqlarını deyil, həm də tənqidi düşünmə, əməkdaşlıq, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə imkan verir. Məsələn, hüquq və tarix ixtisaslarında təhsil alan tələbələrlə işləyərkən müzakirə və tapşırıqları mümkün qədər onların gələcək peşə sahələri ilə əlaqələndirməyə çalışıram. Tarix ixtisasının tələbələri tarixi hadisələri fərqli perspektivlərdən təhlil edir, hüquq tələbələri isə müxtəlif situasiyalarda arqumentlər irəli sürür, mövqelərini əsaslandırır və qarşı tərəfin fikirlərini dinləməyi öyrənirlər. Beləliklə, ingilis dili onlar üçün sadəcə öyrənilən fənn deyil, öz ixtisasları haqqında düşünmək və fikirlərini ifadə etmək vasitəsinə çevrilir.

–Azərbaycan və Böyük Britaniya ali təhsil sistemləri arasında hansı əsas fərqləri müşahidə etdiniz?

–Böyük Britaniya ali təhsil sistemində müstəqil düşüncə, təhlil və fikri əsaslandırmaq bacarıqlarına xüsusi diqqət yetirilir. Tələbələrdən yalnız məlumatı mənimsəmək deyil, onu təhlil etmək, suallar vermək və öz mövqelərini müdafiə etmək gözlənilir. Qiymətləndirmə meyarları və müəllim rəyləri də kifayət qədər aydın olur.

Azərbaycanda isə bəzi hallarda imtahan və yekun qiymət öyrənmə prosesində daha böyük rol oynayır. Bununla belə, təhsil sistemimizdə də müasir və tələbəyönümlü yanaşmaların tətbiqi istiqamətində inkişaf müşahidə olunur. Məncə, xarici təcrübəni olduğu kimi köçürmək deyil, ölkəmizin təhsil mühitinə uyğunlaşdırmaq vacibdir. Çünki tələbənin yaxşı cavab verməsi qədər, yaxşı sual verməyi bacarması da önəmlidir.

–Qarabağ Universitetində çalışmaq qərarınızın arxasında hansı məqsədlər dayanır? Bölgədə ali təhsilin inkişafına hansı töhfələri vermək istəyirsiniz?

–Qarabağ Universitetində çalışmaq qərarım həm peşəkar, həm də şəxsi baxımdan xüsusi məna daşıyır. Xaricdə qazandığım bilikləri ölkəmizdə tətbiq etmək istəyim bu seçimdə əsas rol oynayıb. Mənim üçün Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, həm də bölgədə həyatın, elmin və təhsilin yenidən canlanmasının rəmzidir. İngilis dili müəllimi kimi məqsədim tələbələrə dili öyrətməklə yanaşı, onu beynəlxalq akademik və peşəkar imkanlara açılan vasitə kimi təqdim etmək, onların sərbəst düşünmə və öz fikirlərini ifadəetmə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, UCL-də qazandığım təcrübəni həmkarlarımla bölüşmək, təhsildə qiymətləndirmə, tələbə motivasiyası və müəllimlərin peşəkar inkişafı istiqamətində tədqiqatlar aparmaq niyyətindəyəm. İnanıram ki, Qarabağ Universitetində yetişən gənclər gələcəkdə ölkəmizin inkişafına töhfə verən, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər olacaqlar. Bu universitetdə fəaliyyət göstərmək mənim üçün həm peşə, həm də ölkəmizin gələcəyinə töhfə vermək imkanıdır.

–Xaricdə təhsil almaq istəyən, xüsusilə regionlarda yaşayan gənclərə nə tövsiyə edərdiniz?

–İlk növbədə, yaşadıqları bölgənin onların gələcək imkanlarını məhdudlaşdırdığını düşünməsinlər. Əsas məsələ məqsədi düzgün müəyyənləşdirmək, seçilən proqramın tələblərini araşdırmaq və ardıcıl hazırlaşmaqdır.

İngilis dilini yalnız imtahan vermək üçün deyil, akademik biliklərə çıxış vasitəsi kimi öyrənmək vacibdir. Dövlət Proqramının şərtləri ilə də əvvəlcədən tanış olmaq, sənədləri vaxtında hazırlamaq və müstəqil araşdırma aparmaq lazımdır. Ən əsası, öz yolunuzu başqalarının nəticələri ilə müqayisə etməyin. Uğur yalnız şəxsi nailiyyət əldə etmək deyil, qazandığınız biliklə başqaları üçün də imkanlar yaratmaqdır.

Müxbir - Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

Kiyevin körpüləri ballistik raketlərlə vurulub

UEFA Millətlər Liqası: Almaniya millisi Niderlanda böyük hesabla qalib gəlib

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq

Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

İsmayıllının dağ kəndində qaz problemi - “Azəriqaz” məsələyə münasibət bildirdi

Avropanın beş ölkəsi Ruandada miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılmasını planlaşdırır

Samara azərbaycanlılarının dəstəyi ilə “Gənc qvardiya”nın üzvü Əli Dadaşov haqqında film çəkilib

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir