Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən”: Səməd Vurğun Rəsul Rzanın xatirələrində

“Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən”: Səməd Vurğun Rəsul Rzanın xatirələrində

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 16 noyabr, AZƏRTAC

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilə yazıların növbəti hissəsində Səməd Vurğunun dostu, Xalq şairi Rəsul Rzanın xatirələrini təqdim edir. Rəsul Rza şairlə ilk tanışlığından, onların fikir ayrılıqlarından və dostluqlarından bəhs edib.

“Səməd Vurğunla harada, haçan tanış olduğumu deyə bilmərəm. Qalaq-qalaq günlərin arxasından bu ilk tanışlıq gününü arayıb tapmaq çətindir. Səməd Vurğunu bir şair, bir insan kimi uzun illərin axarında, əgər belə demək olarsa, pillə-pillə, səhifə-səhifə tanıdım. Mübahisəmiz, birgə mübarizəmiz, fikir, zövq uyuşmazlığımız, dostluğumuz, soyuqluğumuz da oldu. Mən xatirimdə qalan bəzi epizodları xəyalımda yenidən canlandırıram.

Bu xatirələr xronoloji olmayacaq. Mənim gündəliyimə bəlkə də aylıq, illik demək daha doğru olardı. Ayrı-ayrı qeydlərimin tarixləri arasında bəzən yaxın, bəzən də çox uzun zaman var. Vaxtı ilə edilmiş bu qeydlərdə gərəkli olanlarla yanaşı, az əhəmiyyətli, təsadüfi, ötərilər də az deyil.

Bakı, “Kommunist” qəzetinin klubu. Ədəbi gecə. Mübahisələr. Bir-birini inkar edən fikirlər… Mikayıl Rəfilinin bir şeiri qızğın mübahisəyə səbəb oldu:

Nəşədir yaşamaq,

Nəşədir həyat.

Alqış sənə, ey ölməyən

Kainat.

Mikayıl Rəfilinin bu sətirləri Səməddə kəskin etiraz doğurmuşdur. O, insanların ağır zəhmətini, Yer üzündə milyonlarla adamın iztirab və məşəqqətdə yaşadığını şahid çəkərək həyatın, yaşamağın nəşə olmadığını söyləyirdi.

Səmədin fikri ilə razı olanlar da, olmayanlar da vardı. Mehdi Hüseyn, mən M.Rəfilinin fikrinə səs verdik. Dedik ki, bütün çətinlik və iztirablara baxmayaraq, kainatda həyatın hərəkət yönü nəşə-sevincə, daha işıqlı günlərə doğrudur. Mübahisə bitmədi. Tərəflər öz mövqeyində qaldı. Sonralar bu mübahisələri xatırlayanda, mən bu qənaətə gəldim ki, fikirlərdəki uyuşmazlıq məsələnin mücərrəd, qeyri-müəyyən zaman və məkanda qoyuluşundan gəlirmiş. Hər iki fikir ayrı-ayrı baxımdan doğrudur.

Bir dəfə soruşdum ki, Səməd, niyə sərbəst yazmaq istəmirsən?

O, gülümsündü: “Yazacağam, yazacağam”, - dedi, - Bir qədər fikirləşdikdən sonra əlavə etdi: “Sərbəst şeiri hələ geniş oxucu kütləsi qavraya bilmir. Doğrudur, bu formanın üstünlükləri var. Fikri dəqiq demək, yeni söz birləşməsi yaratmağa da sərbəst şeir imkan verir. Lakin heca vəznində hələ də istifadə olunmamış imkanlar çoxdur. Heca vəzni ən sadə oxucuya da doğma və aydındır. Tez əzbərlənir. Bizim el havaları, muğamat kimi xalqın iliyinə, sümüyünə işləmişdir. Mən heca, bəzən də əruz vəzni ilə yazıram ki, oxucu mənə inansın, şeirimi sevsin. Əlbəttə, mənim əsas yolum heca vəzni olaraq qalacaq. Ancaq sərbəst şeir forması da mənə yad deyil”.

Sonralar Səməd sərbəst şeir yazdı, həm də bu şeirlər mənəvi dəyəri, ictimai pafosu ilə onun yaradıcılığında müəyyən yer tutdu…

Samur-Dəvəçi kanalının açılışı da yadımdadır. Səmədlə Qubaya getdik. Kanalın açılışı gurultulu, təntənəli keçdi. Axşam mehmanxanada bu günün hadisələrindən, sadə adamların hər yerdə bizə hörmət və məhəbbətindən xeyli danışdıq.

Yuxumuz gəlmirdi. Səməd həmişəki kimi narahat idi.

Samur-Dəvəçi kanalının açılışına hər birimiz bir neçə sətirlik şeir yazıb, bir növ, ürəyimizi boşaldırdıq. Təəssüf ki, o şeirləri indi axtarıb tapa bilmirəm. Bəlkə də mənim şeirim Səmədin arxivindədir. Onun yazdıqlarından ancaq bu misralar yadımda qalıb:

Gün keçər, zaman gələr,

Göyərər əkilənlər.

Qəmli günlərə düşər

Özünü tək bilənlər.

Nə qədər yaşasa da,

İnsan adını almaz.

Şöhrət üçün, ad üçün

Yeddi qat bükülənlər”.

Rəsul Rza Səməd Vurğunun ovçuluğa olan marağından da bəhs edib:

“Ovçuluq Səməddə bir ehtiras idi. Biz - onun ov yoldaşları Səmədlə ayaqlaşa bilmirdik. “Siz bir balaca burada qızının, mən bax, oraya baxım gəlim”. Bu sözlərlə Səməd ovçu yoldaşlarını tonqalın yanında qoyub bir anda yox olardı. Onun “bir macal”, “bir qınnax” dediyi vaxt bəzən saatlarla çəkərdi. Qayıdıb gələndə, adətən, kəmərindən, heç olmasa, bir-iki quş asılmış olardı. Sonra hamımız yeni ovlağa gedərdik. Səməd yorulmaq bilməzdi. Ov vaxtı elə bil cavanlaşırdı.

Bəzən ov uğursuz olanda Səməd yorulardı. O, sərrast atar, qabağına çıxan ovu əldən buraxmazdı.

Sazaqlı bir qış günü bir neçə yoldaşla Cəngiyə getdik. Deyirdilər Cəngidə, Bakı yolunun sağ tərəfində, təpələrin dalında, çay qırağında kaklik olur. Ovçular bilir ki, kəklik ovu çətindir. Bu çətinlik Səmədi daha artıq həvəsə salırdı. Səhərə bir az qalmış Cəngiyə çatdıq. Üç dəstəyə ayrıldıq. Sağa, sola və qabağa yol aldıq. Səmədlə mən qabaq tərəfə, çay qırağına yönəldik. Bu dəfə Reks (onun ov iti) yox idi. Bir müddət qabaq maşın altında qalmışdı. Biz irəlilədikcə hava açılır, ala-toranlıq əriyirdi.

Səməd dodağında nə isə deyirdi. Yaxınlaşdım. Səməd “Ay Reks, ay Reks” deyə ah çəkirdi. Sanki onun ov həvəsi də yoxdur. Çox kədərli görünürdü. Birdən sağ tərəfdən bir kəklik pırıltı ilə qalxdı. Mən tüfəngimin qayışını çiynimə keçirmişdim. Hə-hü eləyib tüfəngi əlimə alınca Səmədin tüfəngi gurladı. Kəklik yerə düşdü. Səməd yaralı quşun dalınca yüyürdü. Kəklik uça bilmirdi. On-on beş dəqiqədən sonra Səməd yorğun addımlarla geri döndü. Mənə baxıb güldü.

-Səməd, niyə gülürsən?, - dedim.

-Ayə, ov yerində tüfəngi dəyənək kimi saxlamazlar. Həmişə əlin tətikdə olsun.

Səmədin yaxşı yoldaşlığı vardı. Yol boyu gülüb-danışar, zarafat eləyərdi. Bu dəfə ovumuz uğursuz oldu. Nə qədər gəzdiksə, bir sərçə də tapmadıq. Səməd dinməz-söyləməz geri qayıdırdı. Dindirəndə könülsüz cavab verirdi. Ov onun üçün əyləncə deyildi. Ov zamanı, sanki bütün böyük-kiçik qayğılardan azad olur, fikri-diqqəti ancaq bir şeyə - ova bağlanırdı. Ov uğurlu olanda kefi kökəlirdi”.

Şair, həmçinin Səməd Vurğunun tərcüməsində “Yevgeni Onegin”in yeni nəşrini redaktə etməsindən danışıb:

“Bu tərcümə ciddi zəhmətin, həvəs və ilhamın nəticəsi idi.

Puşkinin məşhur “Onegin bəndləri”ndə orijinalın özünəməxsus formasını saxlamaq çətin bir iş idi. Səməd bu işin öhdəsindən gəlmişdi. Bununla belə, təkrar nəşrdə ayrı-ayrı misraları dəqiqləşdirmək, bəzi yerlərdə deyimləri (ifadələri) daha da səlisləşdirmək gərəkdir. Bunların çoxunu Səməd özü qeydə almışdı. Bəzilərini redaktə zamanı düzəltmək lazım idi.

Tərcümənin mətnində düzəlişləri Səmədlə müzakirə edirdik. Razılaşdığı da, razılaşmadığı da olardı. Bir də görürdün ki, gecənin bir vaxtı telefon zəng çalar. Yuxulu-yuxulu dəstəyi götürürdüm. “Ayə, bu tezdən yatarlar?”. Saata baxıb… “Yaman tezdir, saat üçə işləyib”, - deyirdim. Səməd gülürdü: “Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən. Ayə, o gündüz dəyişdiyimiz misralar belə olsa yaxşı deyilmi?”. Mən diqqətlə onu dinləyirdim. Çox vaxt yeni variantın daha səlis, daha orijinal olduğunu təsdiq edirdik. Bəzən də razılığa gələ bilmirdik. Səməd mübahisəmizi zarafatla qurtarırdı: “Görürəm yuxulusan. Gecənin xeyrindən sabahın şəri yaxşıdır”.

Bu yaradıcılıq nigaranlığı Səmədin şair xarakterinə xas olan mühüm cəhət idi.

Bəzi əsərlərinin taleyi son illərdə Səmədi çox düşündürürdü. Müəyyən səbəblərdən poeziyamızda yaranmış birtərəflilik, müəyyən fikir, deyim çərçivəsi onun nigarançılığının əsas səbəbi idi. O, dəfələrlə söhbət zamanı, ölümdən beş-on il möhlət istədiyini bildirirdi. “Sinəm doludur, yeni şeirlər yazmaq istəyirəm”, - deyirdi. Bu ürək çırpıntısının şeirə çevrilmiş misraları onun “Şair, nə tez qocaldın sən?!”, “Mən tələsmirəm” kimi şeirlərində yüksək poetik ifadəsini tapmışdı.

Heyif ki, araya əbədi ayrılıq düşdü. Neçə-neçə belə gözəl əsərləri - yeni “Vaqif”ləri, “Komsomol poemaları”nı, “Zəncinin arzuları”nı Səməd sinəsində apardı…”.

Ardı var...

Əvvəlki materialı oxu

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

Kiyevin körpüləri ballistik raketlərlə vurulub

UEFA Millətlər Liqası: Almaniya millisi Niderlanda böyük hesabla qalib gəlib

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq

Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

İsmayıllının dağ kəndində qaz problemi - “Azəriqaz” məsələyə münasibət bildirdi

Avropanın beş ölkəsi Ruandada miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılmasını planlaşdırır

Samara azərbaycanlılarının dəstəyi ilə “Gənc qvardiya”nın üzvü Əli Dadaşov haqqında film çəkilib

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir