Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
2027-ci ildə “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına daha 15 müəssisənin qəbulu nəzərdə tutulur. Artıq bununla bağlı açıq elan verilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov deyib.
O bildirib ki, 2025-ci il dekabrın 10-da ölkəmizdə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” qəbul olunub. Bu strategiyanın başlıca mahiyyəti sahibkarlıq subyektlərinə texnoloji transformasiya yolunda müxtəlif alətlər vasitəsilə dəstək verməkdi. Bu çərçivədə 50-dən çox təşəbbüsün növbəti üç il ərzində həyata keçirməsi nəzərdə tutulub.
“Bu təşəbbüslərdən biri də “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”dır. Hansı ki, bu dəstək proqramı çərçivəsində layihəyə cəlb olmuş yerli və beynəlxalq ekspertlər tərəfindən proqramı müraciət etmiş yerli müəssisələrdə texnoloji transformasiya hazırlıqla bağlı diaqnostikalar həyata keçirilir, yol xəritələri hazırlanır və həmin yol xəritələrinin istər biznes proseslərinin aktivallaşdırılması baxımından, istər insan kapitalının inkişafı baxımından, istərsə də texnologiyaların tətbiqi baxımından yol xəritələri həyata keçirilir və onlara istiqamət verilir. Təbii ki, burada başlıca məsələlərdən biri də həmin yol xəritələrinin kağız üzərində qalmaması real, praktiki fəaliyyətə çevrilməsindən ibarətdir ki, bu istiqamətdə də sahibkarlıq subyektlərinə müxtəlif dəstək təşəbbüsləri həyata keçirilir, icra üçün ucuz kreditlərin, həmçinin Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən kreditlərin verilməsindən tutmuş, tətbiq mərhələsi boyunca da yerli və beynəlxalq konsultantların dəstəyi bu proqram çərçivəsində nəzərdə tutulub”, - deyə Soltan Bayramov əlavə edib.
4SİM-in icraçı direktorunun müavini vurğulayıb ki, başlıca məqsəd ondan ibarətdir ki, müəssisələr texnologiyalara yatırdıqları investisiyaların qarşılığını real rəqəmlərdə görsünlər: “Məhsuldarlığın artımı məsələsində, deyək ki, xərclərin azaldılması baxımından, rəqabət qabiliyyətinin artması baxımından və yaxud ixrac potensialının artması baxımından bunlar real formada öz rəqəmlərində, öz xərclə-gəlir rəqəmlərində, xüsusən də biz bu strateqi çərçivəsində məqsəd görmüşük ki, bu proqramda iştirak edilən müəssisələr tətbiqdən sonrakı üçün ərzində öz faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) rəqəmlərində, yəni gəlirlərində 5-8 faiz artıma əldə keçirilməlidir. Yəni proqramın uğuru məhz bu konkret ölçülə bilən uğurlu, faydalı nəticələrlə dəyərləndiriləcək.
2027-ci il üzrə bu proqram çərçivəsində daha çox emal sektoruna prioritet verilmək şərti ilə növbəti 15 müəssisənin proqrama qəbulu üçün artıq elan verilib və industry4.az internet səhifəsi üzərindən səhifərlərimizə daxil olaraq çox sadə müraciət formasını doldurmaqla, heç bir ödəniş tələb olunmadan rahat şəkildə bu proqramın iştirakçısına çevrilə bilərlər ki, nəticədə onların daxildə gedən texnoloji transformasiya prosesinin xaotik və pərakəndə şəkildə deyil, strukturlu və vahid strateji baxış çərçivəsində həyata keçirməsinə bizdə üç tövhəmizi verə bilərik”.