537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Novxanı-Pirşağı yolunun (Sahil küçəsi) müəyyən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 537 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri istiqamətində təşkil olunub.
Təmir işləri başa çatanadək marşrut üzrə avtobuslar qeyd olunan alternativ hərəkət sxemi ilə xidmət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:49]
® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik
- 16.11.2026 [16:17]
Tibb müəssisələrində xidmətlərin şəffaf rəsmiləşdirilməsi müzakirə olunub
- 16.11.2026 [15:33]