Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Qusar rayonunda Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 26,7 kilometr təşkil edir. İnvestisiya layihəsi çərçivəsində həyata keçirilən işlər 6 yaşayış məntəqəsini birləşdirən yolun nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
Artıq yolun 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb və həmin hissə istifadəyə verilib. Bundan əlavə, 18,7 kilometrlik hissədə yol yatağının tikintisi başa çatdırılıb. Layihə çərçivəsində yol boyunca süni qurğuların tikintisi də həyata keçirilir. İşlərin nəzərdə tutulan müddətdə yekunlaşdırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:49]
® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik
- 16.11.2026 [16:19]
537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO
- 16.11.2026 [16:17]
Tibb müəssisələrində xidmətlərin şəffaf rəsmiləşdirilməsi müzakirə olunub
- 16.11.2026 [15:33]