Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
“Böyük Qayıdış” Proqramı çərçivəsində Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç edən sakinlər doğma yurda qayıtmağın sevincini yaşayırlar.
AZƏRTAC xəbər verir ki, kənd sakinlərindən Əlizamin Həsənov ailə üzvləri ilə birlikdə doğma torpaqlarına qayıtmasından böyük sevinc hissi keçirdiyini bildirib.
O deyib: “Çox sevincliyik, öz torpaqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimiz var olsun. Doğma torpağımıza böyük sevinclə qayıdırıq”.
Əlizamin Həsənov doğma kənddə gələcək həyatla bağlı arzularının olduğunu da vurğulayıb. Bildirib ki, ailəsi ilə birlikdə yeni həyata başlayacaq və qarşılarına çıxan əmək imkanlarından yararlanmağa hazırdır.
Fotoqraf - Orxan Kərimov