Azərbaycan Dövlət İnformasiya Agentliyi

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, plenar iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.

Müzakirələrdə parlamentin komitə sədrləri Tahir Rzayev, Anar İsgəndərov, komissiya sədri Eldar Quliyev, deputatlar Bəhruz Məhərrəmov, Razi Nurullayev, Elnarə Akimova, Rizvan Nəbiyev, Tural Gəncəliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Samir Vəliyev, Sevinc Fətəliyeva, Asif Əsgərov, İlham Məmmədov, FatmaYıldırım, Azər Allahverənov, Tahir Mirkişili, Əli Məsimli, Bəxtiyar Əliyev, Günay Ağamalı və Səyyad Aran çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mürəkkəb qlobal geosiyasi gərginliklər və təchizat zəncirlərindəki qeyri-müəyyənliklərə baxmayaraq, makroiqtisadi sabitliyini qoruyur, iqtisadi inkişafını davam etdirir və beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Qeyd olunub ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, milli təhlükəsizliyin təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm maliyyə sənədidir. Dövlət büdcəsi, eyni zamanda, Azərbaycanın müstəqil və suveren siyasət yürütmək imkanlarını əks etdirən mühüm indikator kimi dəyərləndirilib.

Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələri olduğunu bildirib.

Hər iki qanun layihəsi barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlər 2027-ci ilin büdcəsində öz əksini tapıb.

Qeyd olunub ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı proqnozlaşdırılır. Bundan başqa, növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cari ildə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışıb və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi barədə məlumat verib.

Vurğulanıb ki, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.

Anar Əliyev dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-nin) fəaliyyət istiqamətləri üzrə ayrılan vəsaitlərin həcmi və strukturu barədə də məlumat verib.

DSMF-nin gələn il üçün büdcəsi barədə məlumatında isə nazir qeyd edib ki, fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizinin məcburi dövlət sosial sığorta daxilolmalarından formalaşacağı proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər ümumi sosial sığorta haqlarının 67,5 faizini təşkil edir.

Qanun layihələrinin müzakirəsində Milli Məclisin komitə sədrləri Zahid Oruc və Fazil Mustafa, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Rövşən Muradov, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Azər Allahverənov, Aydın Hüseynov və Əziz Ələkbərov çıxış ediblər.

Müzakirələrin yekununda “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edilib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri diqqətə çatdırıb ki, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat həddində təsbit edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Musa Quliyev “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Musa Quliyev vurğulayıb ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas prinsipinə — heç bir vətəndaşın diqqətdən kənarda qalmaması prinsipinə xidmət edir və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə birlikdə vahid sosial zərf təşkil edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Plenar iclasda Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov qanun layihəsində təklif olunan dəyişikliklər barədə fikirlərini bildirərək, bu komitələrin məsələ barədə müsbət rəylərini səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

Komitə sədri bildirib ki, layihədə 2027-ci ilin dövlət büdcəsi çərçivəsində bir sıra qanunlara, o cümlədən Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə dəyişikliklər iqtisadi fəaliyyətin müxtəlif sahələrini əhatə edir.

Komitə sədri layihədə digər qanunlara təklif olunan dəyişikliklər barədə də ətraflı məlumat verib.

Müzakirələr zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Əli Məsimli qanun layihəsi barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, müzakirələr sabah davam etdiriləcək.

Fotoqraf: Aydın Məmmədov

 

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ

Qazaxda V İdman Festivalına start verilib

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Mərkəzi Bankın nümayəndələri İsveçrə Milli Bankındakı effektiv iş mexanizmlərini nəzərdən keçiriblər

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib VİDEO

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə islahat: On doqquz sənədə dəyişiklik edilir

Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər

“Azərpoçt” ötən il 90 milyondan çox maliyyə əməliyyatı həyata keçirib

"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

“Azərpoçt”un fəaliyyətində süni intellekt və avtomatlaşdırmanın tətbiqi imkanları genişlənir

Poçt şəbəkələri Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdıra bilər

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”nin və “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

“İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın və “Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

AQTA əməkdaşları üçün ətraf mühit və insan hüquqları ilə bağlı təlim təşkil olunub

Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa dəvət edir – Bölgələrdə təlimlər başlayır

Əfqanıstan rəsmisi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Tarixçi-alim: Azadlıq meydanında yüksələn üçrəngli bayraq milli dirçəlişimizin rəmzinə çevrilib

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Anar Məcidov: Beynəlxalq poçt əməkdaşlığının dəyəri vətəndaş və biznes üçün yaratdığı real fayda ilə ölçülür – MÜSAHİBƏ

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır - ŞƏRH

Azərbaycan məktəbliləri piko-peyk hazırlayacaqlar

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

Deputat: Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin təcəssümüdür ŞƏRH

“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Mixail Malkin: Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq böyük qürurdur

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir

İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb

Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər

567 nömrəli marşrutun avtobusları yenilənir

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni investisiya imkanları yaradır - ŞƏRH

Efiopiya və Sudan arasında qarşılıqlı ittihamlar gərginliyi artırır

Daşkənddə dinlərarası tolerantlıq və ekstremizmə qarşı mübarizə məsələləri müzakirə olunub

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

COP-31 çərçivəsində D-8 ölkələrinin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib VİDEO

COP-31 çərçivəsində D-8 ölkələrinin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib VİDEO

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

Aİ Komissiyası inflyasiya və yüksək enerji qiymətləri fonunda iqtisadi artım proqnozunu artırıb

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq VİDEO

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq VİDEO

BMT: Cari ildə Sudanda mülki şəxslərin ölüm hallarının 75 faizinə PUA hücumları səbəb olub