Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində ABŞ-dən olan tanınmış musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri, kamança, tar və ud ifaçısı, Azərbaycan musiqisinin təbliğatçısı və onun tarixinin tədqiqatçısı Ceffri Verbokun 75 illik yubileyi qeyd olunub. Ceffri, həmçinin Azərbaycan mədəniyyətini, adət-ənənələrini və tarixini öyrənir, qədim Azərbaycan xalçalarına maraq göstərir və Azərbaycan dilində sərbəst danışır. Son vaxtlar oğlu Cozef də onunla birlikdə çıxış etməyə başlayıb. Cozef də Azərbaycan musiqisinə maraq göstərir.

AZƏRTAC-ın müxbiri Azərbaycanı sevən bu qeyri-adi amerikalı musiqiçi ilə söhbət edib.

– Ceffri, bu dəfə Bakıya yubileyinizə həsr olunmuş konsertlə gəlmişdiniz. Tədbir necə keçdi?

– Məncə, hər şey çox gözəl keçdi. Proqramı özüm hazırlamağım mənim üçün vacib idi. İstəmirdim ki, yubiley gecəsi uzun-uzadı çıxışlardan ibarət olsun. Adətən yubiley sahibi bir kənarda əyləşir, qonaqlar isə bir-bir səhnəyə çıxaraq onu təbrik edirlər. Mən elə əvvəldən bildirdim ki, belə olmayacaq.

Uzun çıxışlar əvəzinə filmlərimi nümayiş etdirməyi qərara aldıq. Onlardan biri Şuşanın azad olunmasına həsr etdiyim “Şuşa sevgilim” filmidir.

Əvvəlcə tədbiri Beynəlxalq Muğam Mərkəzində keçirməyin məqsədəuyğun olub-olmadığına bir qədər tərəddüd edirdim. Çünki oranın zalı çox böyükdür və dolmayacağından narahat idim. Mən Rəşid Behbudov adına Mahnı Teatrının daha kiçik, səmimi mühitini üstün tuturam. Orada təxminən 200 yer var, akustikası əladır və hətta mikrofonsuz da çıxış edə bilirəm. Lakin təşkilatçılar Muğam Mərkəzinin zalını dolduracaqlarına söz verdilər və sözlərinə əməl etdilər. Demək olar ki, boş yer qalmamışdı.

Proqram çox gözəl alındı. Filmin nümayişi tamaşaçılarda güclü emosiyalar yaratdı: insanlar həm ağlayır, həm də alqışlayırdılar.

– İlk dəfə deyil ki, Azərbaycandasınız. Ölkədə, paytaxtda sevdiyiniz məkanlar varmı?

– Azərbaycana ilk dəfə 1989-cu ildə gəlmişəm. Həmin vaxt Dostluq Cəmiyyətindən olan tanışlarım məni Lahıca, Basqala və Şəkiyə apardılar. Möhtəşəm səyahət idi. O vaxtdan bəri çox şey dəyişib, bu gün ölkədə müasir hava limanı, yaxşı yollar var.

Bakıda, əlbəttə ki, daha çox İçərişəhəri sevirəm. Qalmağa isə Yasamalı, Milli Konservatoriyaya yaxın yerləri üstün tuturam. Adətən orada mənzil kirayələyirəm. Bu rayonun ab-havası xoşuma gəlir. Mən oteldə deyil, mənzildə qalmağa üstünlük verirəm, çünki özüm yemək bişirməyi sevirəm və bunun üçün mətbəxə ehtiyacım var.

Ümumilikdə Azərbaycandan danışsaq, hazırda ən çox sevdiyim yerlər Şuşa və Xankəndidir. May ayında keçirilən “Xarıbülbül” festivalından sonra Xankəndidə oldum. Orada kamança müəllimi Elşən Mansurovla görüşdüm. Öz filmimi nümayiş etdirdim, kamançada ifa etdim, universitetin tələbələri və əməkdaşları qarşısında çıxış etdim. Hətta musiqi məktəbinin rəhbəri bir gün Xankəndiyə köçərək orada öz muğam üslubumu tədris etməyimi təklif etdi. Bunu eşitmək mənə çox xoş oldu.

– Bu yaxınlarda ABŞ-nin Nyu-York ştatındakı Kopeyk şəhərində yerləşən Kemphil yaşayış məntəqəsində xüsusi qayğıya ehtiyacı olan insanlar qarşısında çıxış etmisiniz. Onlar musiqinizi necə qarşıladılar? Ümumiyyətlə, belə konsertlərin təşkili nə dərəcədə vacibdir?

– Məni xüsusilə insanların musiqini necə dinləməsi təsirləndirdi. Oğlum əvvəlcə bir qədər çaşqınlıq yaşadı, çünki həmin insanların çoxumuzdan fərqli göründüyünü müşahidə etmişdi. Lakin evə qayıdarkən mənə dedi: “Ata, başa düşdüm: onlar zahirən böyük insanlara bənzəyirlər, amma əslində uşaqdırlar”. O, onların səmimiyyətini və saflığını hiss etmişdi.

Həyat yoldaşım da təəccüblənmişdi. Tədbirə gedərkən dinləyicilərin sakit oturub musiqini dinləyə biləcəklərinə şübhə edirdi. Çıxışdan sonra isə indiyədək gördüyü ən yaxşı auditoriyanın məhz bu insanlar olduğunu söylədi: onlar bir saat yarım sakit oturaraq musiqini böyük diqqətlə dinləmişdilər. Hətta bəziləri rəqs edirdi.

Kemphillə bağlı şəxsi xatirəm də var. Uzun illər əvvəl yaxın dostumun ögey qardaşına baş çəkmək üçün tez-tez ora gedirdim. Bu səfərlər həyatımın mühüm bir hissəsinə çevrilmişdi. Buna görə də həmin yerə yenidən qayıtmaq məndə çox təsirli və nostalji hisslər oyatdı.

Əminəm ki, mədəniyyət, musiqi, incəsənət və rəqslə tanışlıq insanlara müsbət təsir göstərə bilər. Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün özlərini rahat hiss edə və bacarıqlarını üzə çıxara biləcəkləri uyğun mühit yaratmaq vacibdir. Məncə, belə görüşlərin dəyəri də məhz bundadır.

– Oğlunuz Cozef bu yaxınlarda sizinlə birlikdə çıxış etməyə başlayıb. Azərbaycan musiqisinə maraq onda necə başladı?

– Əlbəttə ki, Cozef evdə ifa etdiklərimi eşidirdi, lakin uzun müddət musiqiyə, demək olar maraq göstərmirdi. Hər şey amerikalı musiqiçi Qabriel Marinin mənə zəng edərək Azərbaycan muğamını öyrətməyimi xahiş etməsindən sonra dəyişdi. O, artıq Şərqin müxtəlif musiqi ənənələrini öyrənirdi və muğamı da mənimsəmək istəyirdi.

Qabriel gitara ilə ifa etməyi planlaşdırırdı. Buna görə də bir gitara aldım və ona dərs demək üçün bu alətdə muğamın necə ifa olunduğunu özüm öyrənməyə başladım. Elə bu vaxt səkkiz yaşlı oğlum gözlənilmədən dedi: “Mən də gitarada çalmaq istəyirəm!”

Əvvəlcə ona artıq tanıdığı sadə melodiyaları öyrədirdim. Tədricən gitara çalmağa alışdı və özü məndən xahiş etdi: “Ata, mənə Azərbaycan musiqisini çalmağı öyrət”. Bu, onun öz təşəbbüsü idi. Bir neçə melodiya ilə başladıq və birlikdə duet ifa etməyə başladıq. Cozef öyrəndiklərini inanılmaz dərəcədə tez mənimsəyirdi. Adi gitara onun üçün böyük olduğundan korpusu kiçildilmiş bir neçə alət hazırladım. Oğlum isə xoşuna gələni seçdi.

Sonralar bəstəkar Cövdət Hacıyevin yubileyinə həsr olunmuş Karnegi-Holl zalında konsert hazırlayan Pərvin Hacıyeva internetdə bizim birgə çıxışımızı görərək Cozefi Azərbaycan musiqisi ifa etməyə dəvət etdi. Solo çıxış üçün ona muğamı mənimsəmək lazım idi. Oğlum özü məndən bunu öyrətməyimi xahiş etdi və mən ona “Bayatı-Şiraz” dəsgahını öyrətməyə başladım. O, bunu tam mənimsədi.

Karnegi-Holl zalındakı konsertdən əvvəl Cozefin səhnədə özünü necə hiss etdiyini yoxlamaq istədim. Əvvəlcə Pensilvaniya Universitetində birlikdə çıxış etdik, daha sonra isə ona təkbaşına ifa etməyi təklif etdim. O, səhnəyə tək çıxdı və “Bayatı-Şiraz” dəsgahını ifa etdi. Tamaşaçılar heyran qaldılar. Beləliklə, onun solo çıxışa hazır olduğunu anladım.

– Sizi yenidən nə vaxt Azərbaycanda gözləyək? Bəlkə, Cozeflə birlikdə çıxış etməyi də planlaşdırırsınız?

– Hələlik növbəti səfərimizin konkret tarixi müəyyənləşməyib. 2026-cı ildə artıq iki dəfə – may və oktyabr aylarında Azərbaycanda olmuşam. Buna görə də ilin sonunadək bir daha gəlməyi planlaşdırmamışam.

Cozefin Azərbaycanda çıxış etməyinə gəlincə, hələlik bu barədə də konkret planımız yoxdur. Amma bizi burada görmək istəsələr, məmnuniyyətlə gələrik. Mən Azərbaycana gəlməyə həmişə hazıram. Bu ölkəni çox sevirəm.

...Məndən Azərbaycana qarşı bütün bu hissləri niyə bəslədiyimi soruşsanız, buna cavab verə bilmərəm. Bilmirəm. Əvvəllər insanlar daim buna bir izah tapmağa çalışırdılar. Deyirdilər: “Yəqin, əvvəlki həyatınızda azərbaycanlı olmusunuz”. Lakin mən təhsilli insanam və bu fikri kifayət qədər absurd hesab edirəm. Hərçənd, buna inananlar da çoxdur. Bilirsiniz, bu fikirdə mənim xoşuma gəlməyən nədir? Azərbaycana sevgimin belə izah edilməsini, həqiqətən də, xoşlamıram.

Bu, mənim sevgimdir, öz hisslərimdir. İstəmirəm ki, kimsə bu hissləri guya məndən əvvəl yaşamış başqa bir insana aid etsin. Bunlar mənim hisslərimdir. Onları məndən almaq lazım deyil. “Yəqin, əvvəlki həyatınızda azərbaycanlı olmusunuz” deməyin. Yaxud hər şeyi genetika ilə izah etməyə çalışmayın: “Yəqin, türk kökləriniz var”. Hər şeyi genetika ilə əlaqələndirmək lazım deyil. Hətta insanın bu bölgədən uzaq bir əcdadı olsa belə, bunun onun hisslərinə nə aidiyyəti var?

Ölkənizə, mədəniyyətinizə və xalqınıza olan sevgimi məndən almayın. Onu hansısa kənar səbəblə izah etməyə çalışmayın. Bu sevgi heç bir izah tələb etmir. Bu, mənim sevgimdir və mən onu olduğu kimi qoruyub saxlamaq istəyirəm.

Müəllif – Anara Axundova

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Şamaxı filialının tələbələri narkotik vasitələrin fəsadları barədə məlumatlandırılıb

Türk ekspert: Azərbaycanın enerji və nəqliyyat bağlantıları Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ələyəzdə hərbi kilsə

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır

FIFA-ya keçiriləcək prezident seçkilərində Canni İnfantinonun əsas rəqibi bəlli olub

UNESCO: Süni intellekt çatbotları iqlim dəyişmələri üzrə elmi faktlardan imtina edə bilər

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır

Böyük Britaniya səfiri: Strateji tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək

BMU ilə Gürcüstanın nüfuzlu universitetləri arasında memorandumlar imzalanıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur

Xocalıda yeni tut bağları salınıb FOTOLAR

Fransanin Aİ-dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?

Astanada Çingiz Aytmatovun irsi və türk xalqlarının ədəbi əlaqələri müzakirə olunub

Nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb

Türk professor: Azərbaycanın COP31-də geniş pavilyonla təmsil olunması bizim üçün çox dəyərlidir

Avstraliyada görmə qabiliyyətini bərpa edə biləcək süni buynuz qişa hazırlanır

Baş prokuror Kamran Əliyev Buenos-Ayresdə beynəlxalq prokurorluq əməkdaşlığının inkişafından danışıb

Azərbaycanlı həkimin yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib

Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

NBA-da güc reytinqi yenilənib: “San-Antonio Spörs” liderliyini qoruyub

® Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Bakı şəhərində qışa hazırlıq tədbirləri görülür

Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir

Gənclər Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş silsilə materiallar hazırlanıb

Ordubadda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb

“Qobustan” jurnalının yeni nömrəsi təqdim edilib

® Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olunub

Amerikanın iri data mərkəzləri atmosferə Danimarkanın emissiyasına bərabər karbon qazı buraxır

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

® “PAŞA Holdinq”in dəstəklədiyi startap Qazaxıstan bazarına çıxır

Çinin “Mengxiang” qazma gəmisi yeni dünya rekordu müəyyən edib

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

“Dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım...” - Ballıcadan REPORTAJ VİDEO

“Dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım...” - Ballıcadan REPORTAJ VİDEO

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Ukrayna ədəbiyyatının üç romanı Azərbaycan dilində

Qızılı yarpaqlar Daşkəndə nağıl ovqatı bəxş edib – FOTOLAR

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

Beş Avropa ölkəsi qanunsuz miqrantları Ruandaya göndərməyi planlaşdırır

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın VİDEO

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın VİDEO

AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək

Polşa mediası: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir

Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq

Ağalbəbə türbələri haqqında tədqiqat əsəri nəşr olunub

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

Nazir: Təhsilin əsas məqsədlərindən biri şagirdlərin şəxsiyyət kimi formalaşmasıdır

“OpenAI” uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün yeni alət hazırlayıb

Vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri “mygov” ilə də əldə edə bilərlər

AQTA: Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq

“Goldman Sachs”: Qızılın qiymətinin əvvəlki rekord səviyyəyə qayıtması iki il çəkəcək

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək

Akademik İradə Hüseynova: Milli dirçəlişin əsas dayaqlarından biri elmin və təhsilin inkişafıdır

® Mərkəzi Gömrük Hospitalının şöbə rəisi İlqar Tahiroğlu Ümumdünya Gömrük Təşkilatının mükafatına layiq görülüb

Yardımlı və Lənkəran rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

Azərbaycanlı tələbələr gələn ildən Oklahoma Dövlət Universitetində təhsil almaq imkanı əldə edəcəklər VİDEO

Azərbaycanlı tələbələr gələn ildən Oklahoma Dövlət Universitetində təhsil almaq imkanı əldə edəcəklər VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək VİDEO

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək VİDEO

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər VİDEO

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Vitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər

Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq VİDEO

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq VİDEO

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik VİDEO

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik VİDEO

Hazırda Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq var

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Milli iradənin tarix yazdığı gün

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb VİDEO

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb VİDEO

İndoneziyada güclü zəlzələ baş verib

ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırıb

Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək

Danimarkanın ən yaşlı qadınının keçmişdə nasist partiyasının üzvü olduğu üzə çıxıb

Hörmüz boğazı yaxınlığında 24 saat ərzində dördüncü tanker minaya düşüb

Media: “Nvidia” Censen Huanqı yenidən şirkət rəhbərliyinə qaytarmağı planlaşdırmır

Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

Kiyevin körpüləri ballistik raketlərlə vurulub

UEFA Millətlər Liqası: Almaniya millisi Niderlanda böyük hesabla qalib gəlib

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq