Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur. Bu Böyük Britaniya və Azərbaycan vətəndaşları üçün real faydalar vəd edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.
O qeyd edib ki, tərəfdaşlıqda enerji əlaqələri əsas sütunu olaraq qalıb.
“Əməkdaşlığımız eyni zamanda yeni sahələri əhatə edir. Azərbaycan şirkətlərinin səhmlərinin həm Bakı, həm də Londonda listinqini təşviq etmək məqsədilə London və Bakı fond birjaları arasında əlaqələrin inkişafını dəstəkləyirik. Bununla yanaşı, regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarını cəlb etmək üçün azərbaycanlı tərəfdaşlarımızla işləyirik”,-deyə səfir vurğulayıb.