Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat nəzərdə tutulur.
Fotoqraf - Aydın Məmmədov