COP31-dəki Azərbaycan pavilyonu bayrağımızın rəngləri ilə xüsusi diqqət çəkir VİDEO
Antalya, 17 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində açılan milli pavilyonlar iştirakçıların və ziyarətçilərin diqqətini cəlb edir. Müxtəlif ölkələrin təmsil olunduğu pavilyonlarda xalqların milli-mənəvi dəyərləri, mədəni irsi və özünəməxsus ənənələri təqdim olunur.
AZƏRTAC xəbər verir ki, COP31-də fəaliyyət göstərən Azərbaycan pavilyonunda da ölkəmizin maddi və qeyri-maddi mədəni irsi nümayiş etdirilir.
Burada qonaqlar, xüsusi zərflər və bayrağımızın rənglərində hazırlanan möhürlər vasitəsilə Bakının siluetlərini yarada bilirlər. Bura pavilyonun ziyarətçilər tərəfindən maraqla qarşılanan guşələrindən birinə çevrilib.
Bundan başqa, ziyarətçilərə daxilində canlı çiçək toxumlarının yerləşdirildiyi xüsusi açıqcalar da təqdim olunur. Bu təşəbbüs Azərbaycan pavilyonunun qonaqlarına ölkəmizin mədəni dəyərləri ilə yanaşı, təbiətə və ətraf mühitə həssas münasibətini də çatdırır.