Kiyevə ballistik raketlər atılıb, körpülər sıradan çıxıb - Hadisə yerindən REPORTAJ VİDEO
Kiyev, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-nə keçən gecədən başlayaraq Ukraynanın Kiyev vilayəti və paytaxt ballistik raketlərlə vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 10-a yaxın ballistik raket atılıb. Əsas hədəf isə enerji, kritik, körpü və logistik infrastrukturlar olub. Kiyevə hava zərbələri zamanı 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Raket zərbələrindən sonra Kiyevin Şimal və Cənub körpüləri yararsız hala düşüb, hər iki körpüdə avtomobillərin hərəkəti dayandırılıb.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev