Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır” – Gəncədə “Mənəvi dəyərlər” günü VİDEO

Gəncə, 17 noyabr, AZƏRTAC

Gəncə şəhərində keçirilən “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) “Mənəvi dəyərlər” günü təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Dövlət Bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Azərbaycanın zəngin tarixi-mədəni irsindən, tolerantlıq ənənələrindən və ölkəmizdə müxtəlif xalqlar arasında formalaşmış dostluq münasibətlərindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycanda müxtəlif dillərin, dinlərin və mədəniyyətlərin yaşadılması, qorunması, eləcə də sərbəst inkişafı üçün əlverişli şərait yaradılıb. Qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış prinsipləri cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, ölkəmizdə dinlər və məzhəblər arasındakı qarşılıqlı anlaşma mühitinin alternativi yoxdur.

Yusif Yusibov dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ibadətgahların dövlət tərəfindən qorunduğunu və bərpa edildiyini diqqətə çatdırıb. O, Bakıda yerləşən erməni kilsəsinin qorunub saxlanılmasını və burada erməni dilində 5 mindən çox kitabın mühafizə edilməsini ölkəmizdə hökm sürən tolerantlıq mühitinin bariz nümunəsi kimi dəyərləndirib. Rektor, həmçinin 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəyliyin milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun gücünü bir daha təsdiqlədiyini qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi və mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. O xatırladıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasət çərçivəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm layihələr reallaşdırılır.

İcra başçısı gənclərin müasir bilik və bacarıqlara yiyələnməklə yanaşı, milli kimliyinə və mədəni irsinə dərindən bələd olmasının vacibliyinə toxunub. Bu prosesdə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Niyazi Bayramov “Mənəvi dəyərlər” gününün tələbələrin maarifləndirilməsi və vətənpərvərlik ruhunda formalaşması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycan Bayrağının üç rənginin xalqımızın milli kimliyini, dövlətçilik iradəsini və mənəvi dünyasını əks etdirdiyini bildirib. Ramin Məmmədov vurğulayıb ki, bayraqdakı mavi rəng milli kimliyimizi, tarixi yaddaşımızı, azərbaycançılıq ideologiyasını, qırmızı rəng müasirliyi, elmi-intellektual inkişafı, yaşıl rəng isə mənəvi irsimizi, tolerantlıq və humanizm ənənələrimizi təcəssüm etdirir.

Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli-mənəvi dəyərlərin qorunmasının xüsusi yer tutduğunu, bu gün isə həmin xəttin Prezident İlham Əliyev tərəfindən dövlət quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi ilə vəhdət halında davam etdirildiyini qeyd edib. Ramin Məmmədov əlavə edib ki, müasir dövrdə milli köklərə bağlılığın elmi tərəqqi ilə uzlaşdırılması əsas şərtdir. O, “Mənəvi dəyərlər” həftəsinin gənclərdə vətəndaş məsuliyyətinin və mədəni müxtəlifliyə hörmətin gücləndirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Gəncənin Azərbaycanın mənəvi həyatındakı rolundan bəhs edib. “Mənəvi dəyərlər” həftəsi layihəsinin əsas məqsədinə toxunan Aqil Şirinov bildirib ki, bu cür tədbirlər gənclərin bir-birini yaxından tanımasına, ölkənin zəngin tarixi məkanlarını kəşf etməsinə və milli-mənəvi dəyərlərə sahib çıxmasına xidmət edir. Rektor əlavə edib ki, rəqəmsallaşan və qloballaşan müasir dünyada birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır və Azərbaycan xalqı hər zaman bu zəngin irsi qorumaqla fəxr edir.

Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilir.

Müxbir - Elcan Məmmədov

“Birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır” – Gəncədə “Mənəvi dəyərlər” günü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Komissiyası inflyasiya və yüksək enerji qiymətləri fonunda iqtisadi artım proqnozunu artırıb

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosial yönümlülüyünü saxlayacaq

BMT: Cari ildə Sudanda mülki şəxslərin ölüm hallarının 75 faizinə PUA hücumları səbəb olub

Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb

Böyük Britaniya-Azərbaycan münasibətləri enerji tərəfdaşlığından geniş strateji əməkdaşlıq modelinə keçidi ifadə edir - ŞƏRH

Gəncə hakatonunun qalibləri NASA-da təcrübə keçəcəklər

BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib

Fintex sektorunda “SupTech” həllərinin tətbiqi genişləndiriləcək

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

Böyük Qayıdışın növbəti ünvanı – Cahangirbəyli: 18 ailə doğma yurduna qovuşdu

Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər saxlanılıb

Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi ilə Dövlət Agentliyi arasında təcrübə mübadiləsi aparılıb

Soltanlı kəndində daha 17 ailəyə evlərinin açarları təqdim olunub

Müstəqilliyə gedən yol necə başladı? VİDEO

Müstəqilliyə gedən yol necə başladı? VİDEO

® “Caspian Energy Club” üzvləri Naxçıvanda “Grand CEO Tour”da iştirak ediblər

Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb

BDU “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” siyahısında yer alıb

“iPhone” istifadəçilərinə qarşı genişmiqyaslı kiberhücum olub

Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi təşkil olunub

BEA qlobal bərpaolunan enerji tutumunun 2030-cu il hədəfinə çata bilməyəcəyini proqnozlaşdırır

Tbilisidə Azərbaycanın ali təhsil müəssisələrinin sərgisi açılıb

Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır

Faiq Qarayev U-16 millisinin üzvləri ilə görüşüb

Dünyada şirin su ehtiyatları azalır, süni yağış texnologiyalarına tələbat artır

Konstitusiya Günündə evinin nömrəsini çəkdi, Milli Dirçəliş Günündə Xocavəndə köçdü

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

Səməd Vurğunun yazdığı məktub gənc şairin taleyini necə dəyişib?

“Birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır” – Gəncədə “Mənəvi dəyərlər” günü VİDEO

“Birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır” – Gəncədə “Mənəvi dəyərlər” günü VİDEO

Azərbaycanın enerji və nəqliyyat strategiyası beynəlxalq mövqeyini möhkəmləndirən əsas amillərdəndir - ŞƏRH

Roma Papası ABŞ-də aralıq seçkilərindən sonrakı dövrdə sülhə və birliyə çağırıb

Dünya Bankı COP31-də iqlim və iş yerləri proqramına 17,6 milyard dollar ayırdığını elan edib

Laosun “Ruh şəhəri” – Budda parkından FOTOREPORTAJ

ABŞ səfirliyi Britaniyadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

Avrokomissiya Çexiyanı yüksək miqrasiya riski zonası kimi qiymətləndirib

“Barselona”nın sabiq futbolçusu: Təkcə “Sabah”ın deyil, digər klubların da Kataloniya təmsilçisi ilə oyunda şansı çox deyil – EKSKLÜZİV

Azərbaycanın kikboksinq məşqçisi Avropa çempionatında ikinci dəfə ilin ən yaxşısı seçilib

Deputat: Avropanın təhlükəsizliyində və geosiyasi gələcəyində Azərbaycanın rolu həlledicidir

AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlığı genişləndirir

Şura: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib

Kiyevə ballistik raketlər atılıb, körpülər sıradan çıxıb -  Hadisə yerindən REPORTAJ  VİDEO

Kiyevə ballistik raketlər atılıb, körpülər sıradan çıxıb - Hadisə yerindən REPORTAJ VİDEO

Dünya çempionatında iki şahmatçımız iştirak edəcək

Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

UNEC ilə Gürcüstanın 6 universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

İqlim dəyişiklikləri və su qıtlığı Mahmudçalada flaminqoların sayını azaldıb - FOTOLAR VİDEO

İqlim dəyişiklikləri və su qıtlığı Mahmudçalada flaminqoların sayını azaldıb - FOTOLAR VİDEO

Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərgi açılıb

Britaniyada sığınacaq müraciəti rədd edilən şəxslər öncədən xəbərdarlıq edilmədən deportasiya olunacaqlar

İtaliya çempionatında qayda pozuntularının sayı azalıb

COP31-dəki Azərbaycan pavilyonu bayrağımızın rəngləri ilə xüsusi diqqət çəkir VİDEO

COP31-dəki Azərbaycan pavilyonu bayrağımızın rəngləri ilə xüsusi diqqət çəkir VİDEO

Nazirlik rəsmisi: Respublika üzrə 2026–2030-cu illərdə 32 milyondan çox tingə ehtiyac yaranacağı gözlənilir

Bu gün Azərbaycan millisi İraqla qarşılaşacaq

Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər

Ekspertlər: Tələb və təklif balansındakı dəyişmələr neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir

Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi və bağçılıqda keyfiyyətə nəzarətin gücləndirilməsi prioritetdir

Sərdar Hacıyev: Fermerlərin bilik və bacarıqlarının artırılması Dövlət Proqramının əsas istiqamətlərindəndir

“Kəpəz” – “Qarabağ” oyunu üçün 1 günə 8400 bilet satılıb

Qubada müasir bağçılıq və tingçilik təlimləri başladı: Beynəlxalq təcrübə yerli fermerlərlə bölüşülür

Qazlaşdırılmayan kəndlərin sakinləri qış üçün odunu necə və haradan əldə edə bilərlər?

Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olunub

Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam

Alman ekspert: Azərbaycan iqtisadi və geosiyasi baxımdan Aİ üçün vacib ölkəyə çevrilib

Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır

Rəqəmsal dövrdə informasiya təhlükəsizliyi: QHT-lərin qarşısında duran yeni çağırışlar

Faiq Quliyev: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsili prioritet istiqamətlərdəndir

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır

Polşa ilə hərbi tibb sahəsində əməkdaşlıq inkişaf etdirilir

Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər

DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb

Fərid Şəfiyev: Azərbaycan və Əfqanıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir

Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir

Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünü xilas ediblər VİDEO

YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünü xilas ediblər VİDEO

Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Yohan Vadeful: Almaniya Azərbaycanla münasibətlərini yeni, strateji əsas üzərində qurub

Elxan Abdullayev: Millimizə görə ili pozitiv notlarla başa vururuq

İrlandiyalı boksçu 3 aylıq komadan sonra vəfat edib

Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib

Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub

Sabahın hava proqnozu açıqlanıb  VİDEO

Sabahın hava proqnozu açıqlanıb  VİDEO

Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib

Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik

INRAIL layihəsi dayanıqlı nəqliyyat modelinin formalaşdırılması baxımından regional əhəmiyyət daşıyır

Siyasi elmlər doktoru: Dublin görüşləri Azərbaycanın Avrasiyanın geosiyasi xəritəsində artan rolunu təsdiqləyib

Türk ekspert: Azərbaycanın enerji və nəqliyyat bağlantıları Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ələyəzdə hərbi kilsə

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır VİDEO

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır VİDEO

FIFA-ya keçiriləcək prezident seçkilərində Canni İnfantinonun əsas rəqibi bəlli olub

UNESCO: Süni intellekt çatbotları iqlim dəyişmələri üzrə elmi faktlardan imtina edə bilər

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır VİDEO

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır VİDEO

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək VİDEO

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək VİDEO

BMU ilə Gürcüstanın nüfuzlu universitetləri arasında memorandumlar imzalanıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO

Xocalıda yeni tut bağları salınıb FOTOLAR

Fransanın Aİ-dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?

Astanada Çingiz Aytmatovun irsi və türk xalqlarının ədəbi əlaqələri müzakirə olunub