Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğunun yazdığı məktub gənc şairin taleyini necə dəyişib?

Səməd Vurğunun yazdığı məktub gənc şairin taleyini necə dəyişib?

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 17 noyabr, AZƏRTAC

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.

AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun təhsil almasına kömək etdiyi, Bakıya gətirərək yaradıcılığına dəstək göstərdiyi şair Əliağa Kürçaylının xatirələrini təqdim edir. Əliağa Kürçaylı yazısında Səməd Vurğunla ilk görüşündən, şairin ona göstərdiyi diqqət və qayğıdan bəhs edir.

“İllər keçir. Dünənimiz xatirəyə çevrilir, az sonra isə tarix olur.

Bu gün geriyə dönüb yaşanmış illərin enişli-yoxuşlu, şirinli-acılı yollarına baxırsan. Bilavasitə iştirakçısı olduğun hadisələr, görüşdüyün insanlar gözlərinin önündən keçir. Onların bəzisi unudulacaq dərəcədə kiçilir, nöqtəyə dönür, tərsinə çevrilmiş durbindən seyr edilirmiş kimi tamam itir, görünməz olur.

Bəzisi isə nəhəng linzanın altına salınmış kimi daha da böyüyür, bütün rəngləri və çalarları ilə aydınlaşır, xəyalın aynasında əbədi həkk olub qalır.

Səməd Vurğun da elə!…

Onu bizdən iyirmi ilə yaxın əbədiyyətə çevrilmiş bir zaman ayırır.

Bu gün hara baxırıqsa, onun yeri görünür. Xalqımızın həyatında da, poeziyamızda da, ayrı-ayrı insanların taleyində də!

Bir insan və şair kimi mənim həyatımda, taleyimdə Səməd Vurğunun rolu müstəsna dərəcədə böyükdür. On il onunla görüşmək, məsləhətlərini dinləmək şərəfi mənə də nəsib olub. Ədəbi nəslimlə bərabər mən də onun poeziya məktəbində tərbiyə almışam, qayğısını hiss etmişəm.

Bir dəfə məni raykoma çağırmışdılar. Rayon partiya komitəsinin birinci katibinin otağı adamla dolu idi. İçəri girdim. Katibə məni təpədən-dırnağa etinasız nəzərlərlə süzdü.

-Sənə kim lazımdır? - acıqlı, həm də amiranə səslə soruşdu.

- Yoldaş Məmməd Bağırov.

- Onu neynirsən?

Tərəddüdlə ətrafıma baxdım. “Doğrudan, neynirəm onu?” Özüm də bilmirdim ki, katibəyə nə cavab verim.

-Yaxşı, yaxşı, get, onsuz da darısqallıqdır, - katibə acıqla üzümə baxdı.

- Məmməd Bağırov yoldaş özü məni çağırıb!

Bu sözləri necə dediyimi özüm də hiss etmədim. Hamı dönüb mənə sarı baxdı. Atmacalar eşitdim:

-Yəqin özünə müavin götürəcək!

- Bəlkə öz yerinə qoydu?!

- Yəqin rəis eləyəcək!

Katibə inamsız-inamsız üzümə baxdı:

-Səni kim çağırıb?

Mən birinci katibin familiyasını təkrar etdim.

-Sənin adın, familiyan nədir?

Ətrafdakıların eşidəcəyindən qorxurmuş kimi, adımı, familiyamı astadan mızıldadım.

“Həə, o bu imiş?!”

Katibənin üzündəki bu ifadə kimsənin nəzərindən yayınmadı. Qızın içəri girməsi ilə çıxıb məni kabinetə ötürməsi bir oldu.

Mən Məmməd Bağırov yoldaşı görən kimi tanıdım. Ortaboylu, dolubədənli, çal saçlı bu adam neçə dəfə bizim stansiyaya gəlmişdi - əsgərləri cəbhəyə yola salanda, yaralıları qarşılayanda. Uzunsov sifəti alından çənəyə çal-çarpaz qırışlarla örtülmüşdü, balıqçı torunu xatırladırdı. Papirosunu külqabıya basıb məni çağırdı:

-Gəl, otur.

Kabinet boyu uzanan iclas masasının yanındakı stullardan birini çəkib lap kənarında oturdum. Əslində, oturmamışdım, ağırlığımı pəncələrimə salmışdım. Stulu altımdan çəksələr, elə bu vəziyyətdə dayana bilərdim.

- Bura gəl, yaxında otur.

Katib öz qarşısındakı stulu göstərdi, keçib əyləşdim.

- Səni Bakıya çağırırlar. Yazıçılar İttifaqına. Bilirsən, kim çağırır? Səməd Vurğun!

O, üstündə qalın mətbəə şrifti ilə “Azərbaycan Sovet Yazıçıları İttifaqı” yazılmış şax, yağlı kağızı mənə uzatdı. Alıb oxudum:

“Rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa.

Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyunun 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.

Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Səməd Vurğun”.

Heç nə başa düşmürdüm. Məktubu bir də oxudum. “Səməd Vurğun” kəlməsindən başqa heç nə yadımda qalmırdı. Qaranlıqdan çıxıb qəfildən günəşə baxan adam kimi gözlərim qamaşırdı. Məktubdakı sətirlər bir-birinə qarışırdı. Qulaqlarım güyüldəyirdi.

-Get hazırlaş, biri gün yola düşərsən.

Katibin səsi məni xəyaldan ayırdı. O, məktubu geri almaq üçün əlini uzatmışdı. Bir anlığa mənə elə gəldi ki, katib indicə mənə bəxş etdiyi sevinci geri almaq istəyir. Çaşqın nəzərlərlə ona baxdım. Məktubu qaytardım.

-Evdə yaxşı paltarın varmı?

-Var! -dedim.

Halbuki maykasız və köynəksiz geyindiyim, boğaza qədər düymələdiyim bu pencəkdən başqa heç nəyim yox idi. Corabsız geyindiyim çəkmələrimi altına və üzünə vurulmuş yamaqların ağırlığından yerdən güclə qaldırırdım.

-Başını düzəltdir, paltarlarına fikir ver. Nə qədər şeirin var, hamısını götür, birdən lazım olar.

Sonra zəngi basdı. Ucaboylu, arıq bir oğlan içəri girdi.

-Çörək kartoçkası, pul… Özün bilirsən. Hazır eləyin. Biri gün səhər özün yola salarsan.

Qalxdım. Katib mənə əl verdi:

-Yaxşı yol! Müvəffəqiyyət arzulayıram. Get, rayonumuzun adını qaldır!

Çıxdım. Katibin qəbul otağından keçərkən qəribə mənzərənin şahidi oldum: hamı divara tərəf çəkilmiş, ortada boşluq yaranmışdı. Elə bil mənə yol vermək üçün kənara durmuşdular. Görünür, onlar da bilirdilər ki, məni Bakıya Səməd Vurğun çağırır. Səməd Vurğun özü…

İndi, qırx yeddi yaşımda bu sətirləri yazarkən həmin vaxtkı Səməd Vurğundan altı yaş böyüyəm. Təsəvvür edirsinizmi, altı yaş! Halbuki onu ilk dəfə görəndə nəzərimdə yetmiş-səksən yaşlı müdrik bir qoca idi. Səməd Vurğun tez qocalmışdı və bu qocalma prosesi onda gündən-günə, aydan-aya, ildən-ilə aydın şəkildə hiss olunurdu”.

Kitabda qeyd olunur ki, Səməd Vurğun gənc yazıçılara söz verir, xitabət kürsüsünə qalxan cavanlar çıxış edir, şeir və hekayələrini oxuyurdular. Sonra o, Əliağa Kürçaylıya söz verir:

“Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adımı Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır. Ürəyimin qanı gicgahlarıma vurur.

Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Natəvan klubunun səhnəsi çox kiçikdir, xitabət kürsüsü rəyasət heyətinə, demək olar ki, bitişikdir. Səməd Vurğunun çəkdiyi papirosun tüstüsü burnumu qıcıqlandırır. (Sonralar da şahidi oldum ki, istər rəyasət heyətində, istərsə də öz kabinetində Səməd Vurğunun papiros çəkməsi məqbul bir qanun kimi qəbul olunmuşdu. Başqalarına irad tutula bilən bu hərəkət Səməd Vurğun üçün adi hal idi.)

Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

-Danışım, ya şeir oxuyum?

-Şeir oxu, natiqimiz onsuz da az deyil.

Şeiri oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.

-Birini də oxu.

Bu, onun səsidir.

Bu dəfə adımı elan etmədən “Qurtardı” şeirimi oxuyuram.

Şeiri oxuyub qurtaran kimi birbaşa danışığa keçirəm. Əvvəl çıxış edənlərin bir fikrini mən də təkrar edirəm:

-Səməd müəllim, bizim rayonda da ədəbiyyat dərnəyi var. Yaxşı olar ki, Yazıçılar İttifaqı ona yaxından rəhbərlik etsin. Şair göndərsin, biz şeirlərimizi oxuyaq, o da fikrini desin…

Səməd Vurğun qəflətən sözümü kəsir:

-A bala, harada oxuyursan?

-Oxumuram.

-Harada işləyirsən?

-Dəmir yolunda.

-Nə işində?

-Hesabdar.

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

- Hesabdar idim, indi fəhlə işləyirəm.

-Gəl səni düzəldim universitetə, oxu.

-Götürməzlər.

-Niyə?

-Kamal attestatım yoxdur, doqquzuncu sinfi bitirmişəm.

-Sən gəl, mən deyərəm, götürərlər.

Rəyasət heyətində oturanlardan kimsə əyilib onun qulağına nəsə deyir. Görünür, Səməd Vurğuna kamal attestatı olmadan universitetə qəbulun qeyri-mümkün olduğunu söyləyir.

-Uşaq oxumalıdır.

Sonra mənə baxır:

-A bala, fasilədə yanıma gələrsən, kabinetə.

Fasilədə çəkinə-çəkinə onun kabinetinə gedirəm.

-A bala, gəl görüm.

Səməd Vurğun Osman Sarıvəlliyə müraciət edir:

-Ayə, Osman, bu uşaqçün neyləmək olar, ha?

-Nə deyim, ay Səməd, gedib rayonda orta məktəbi qurtarıb gəlsin, düzəldək ali məktəbə.

-Ayə, müsəlman balasıdır, getsə oxumayacaq. Nə eləsək, gərək burada eləyək, Bakıda. Düzəldin axşam məktəbinə. Qoy burada oxusun.

-Ay Səməd, burada evi yox, eşiyi yox, harada qalacaq?

-Ayə, mehmanxanaların birində yer düzəldin, qalsın. İttifaqın hesabına…

Beləliklə, mən Bakıdakı 40 nömrəli fəhlə-gənclər məktəbinin onuncu sinfinə daxil oluram. Altı ay - Səməd Vurğun Yazıçılar İttifaqının sədrliyindən gedənə qədər -mehmanxanalarda qalıram. Məktəbi bitirib universitetin Filologiya fakültəsinə daxil oluram”.

Ardı var...

Əvvəlki materialı oxu (https://azertag.az/xeber/omur_ele_uzun_deyil_ki_onun_choxunu_yuxuda_kechiresen_semed_vurgun_resul_rzanin_xatirelerinde-4511094 )

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qızıl top”un qalibi Harri Keyn Bundesliqa matçında zədələnib

Tramp “Nvidia”nın keçmiş rəhbərinin vəzifəsinə qaytarılmasını istəyir

Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərar dekabrın əvvəlində verilə bilər

Tramp: Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar

Almaniyada gənclərin etiraz aksiyalarında 87 minə yaxın insan iştirak edib

Vitkoff və Kuşner Berlində Qətərin Baş naziri ilə İran məsələsini müzakirə ediblər

Fransa Senatı polisin odlu silah tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib

Filippin paytaxtında Orta Dəhlizin perspektivlərindən danışılıb

Ağdam Şəhəri Günü silsilə tədbirlərlə qeyd olunub

Murat Kurum: İqlim danışıqlarında dünyanın və gələcək nəsillərin mənafeyi nəzərə alınmalıdır

Fransada növbəti etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunacaq

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

Şuşadan Meksikaya uzanan yaddaş: Vətən sevgisi nifrət deyil, sülh çağırışıdır

Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub

11 ölkədən tarixi ekoloji öhdəlik: Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkiləcək

Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb

Ermənistanın itkin düşmüş şəxslər üzrə razılaşmaların icrasından yayınması nəyə xidmət edir? TƏHLİL

Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi

Höteborq Universitetinin dosenti: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi beynəlxalq humanitar hüququn tələbidir

Bu saata olan əsas xəbərlər

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkəti normal rejimə qaytarılıb

Lerikdə fermer təsərrüfatları genişlənir: müasir texnologiyalar və yeni istehsal imkanları

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

Adi şüşə qablar necə sənət əsərinə çevrilir?

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

İtkinlərin taleyi ətrafında “humanitar dialoq” - Ermənistanın ikili mövqeyi

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

Bilal Dündar: Azərbaycanın enerji və nəqliyyat imkanları ölkənin beynəlxalq siyasi çəkisini artırır

® PAŞA Holding COP-da niyə iştirak edir?

Qazaxıstan yazıçısı: Hər bir ailə Qarabağda itkin düşmüş yaxınlarının taleyindən xəbər almaq hüququna malikdir

“Parla” proqramına bu il 2020 müraciət daxil olub

Orta Dəhliz Vyetnam üçün Avropa ilə ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar açır - ŞƏRH

Baş direktorun müavini: Ermənistan itkin düşmüş azərbaycanlıların axtarışı üzrə vədlərdən əməli addımlara keçməlidir

Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

Azərbaycan parataekvondoçusu: Dünya çempionu olmaq çox qürurverici hissdir

Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya

Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır

“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda plenara tövsiyə edilib

Məcnun Məmmədov Culfada vətəndaşların müraciətlərini dinləyəcək

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Direktor: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir

Fransada COVID-19-un yayılması sürətlənir

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək

“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib

Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya bazarlarına çıxışını genişləndirəcək ŞƏRH

“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir

Səməd Vurğunun ev-muzeyində qorunan nadir eksponatlar

Turxan Süleyman: Təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması diqqət mərkəzindədir

“Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” - beynəlxalq elmi konfrans YENİLƏNİB

Hafiz Səfixanov: Azərbaycanlı itkinlərlə bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Sərdar Hacıyev: Torpağımızın münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir

® “Azərikard” finteklər üçün yeni imkanlar təqdim edib

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yolda məcburi dayanma qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir

® “INMerge” 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 min dollar qazanacaq

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi -  Hoalo muzeyindən REPORTAJ  VİDEO

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ VİDEO

Ermənistanın humanitar əməkdaşlıq bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət – RƏY

Nazirliyin sektor müdiri: Kolleclərə qəbul olunanlar arasında 61 yaşlı tələbə də var

Qarşılıqlı iqtisadi maraqlara və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Vyetnam münasibətləri - ŞƏRH

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

Naxçıvanda musiqi və incəsənət məktəbləri müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı konfrans keçirilib

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

Ağdam bu gün böyük dirçəliş dövrünü yaşayır - ŞƏRH

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

Xüsusi təyinatlı kolleclərə qəbul planı 141,9 faiz yerinə yetirilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır - ŞƏRH

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

Azərbaycanda sərnişindaşımada avtomobil nəqliyyatının payı təqribən 12 faiz artıb

57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı