Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO
Salyan, 17 noyabr, AZƏRTAC
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Salyan rayonu Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Allahverən Alış oğlu Əliyevi avtomobil vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə