Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də "Gülüstan" sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Gələcəyin Peşələri Sammiti başlayıb.
AZƏRTAC xəbər verir ki, sammitin rəsmi qonaqları əvvəlcə Azərbaycanda təhsil və təlim istiqamətində fəaliyyət göstərən müxtəlif şirkətlərin stendləri ilə tanış olublar.
Qeyd edək ki, sammitin rəsmi açılış mərasimindən sonra müxtəlif panel sessiyalar ətrafında müzakirələr aparılacaq.
Müxbir - Günel Türksoy
Fotoqraf - Tofiq Babayev
Videooperator - Şövqi Əzizov