Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır. Süni intellekt təkrarlana bilən işləri avtomatlaşdırdığına görə biz artıq rutin işləri ona həvalə edib, özümüz daha yaradıcı işlər ortaya qoya bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Gələcəyin Peşələri Sammitinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
"İnsan əsas kapitaldır. Bu gün sizlərlə bizi bir araya gətirən əsas səbəb də hamımızı doğru bir gələcəyə fokuslamaqdır. İstər düşüncə tərzini, istər institutlaşmanı yalnız dövlət sektorlarında yox, eyni zamanda, özəl-biznes subyektlərində də inkişaf etdirib təkamülünə dəyər qatmaq istəyirik. Bu istiqamətdə də Dövlət Məşğulluq Agentliyi olaraq ölkədə aktual olan peşələrin təbliğatı ilə məşğul oluruq" - deyə H.Abbasov qeyd edib.