Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZAL-da itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC

Bir küncdə əlil və uşaq arabaları, müxtəlif əl yükləri və rəngbərəng çamadanlar...Bəzən adi bir çamadan belə sahibi üçün əvəzolunmaz dəyər daşıyır. Çünki hər əşyanın öz hekayəsi, hər baqajın isə onu gözləyən bir sahibi var.

Bunlar da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) itmiş və tapılmış əşyalar üçün nəzərdə tutulmuş xüsusi saxlanc məntəqəsində qorunan əşyalardır. Bəziləri səyahət zamanı itib, bəziləri isə hava limanında sahiblərindən ayrı düşüb. Bəs, itmiş baqajlar necə aşkarlanır? Sahiblərini müəyyənləşdirmək üçün hansı üsullardan istifadə olunur? Sahibinə qovuşmayan yüklərin aqibəti necə olur?

AZƏRTAC-ın əməkdaşları bu suallara cavab tapmaq üçün AZAL-ın itmiş baqajların mühafizə olunduğu saxlanc məntəqəsində olub, axtarış və qeydiyyat prosedurları ilə tanış olublar.

Baqajın ilkin qeydiyyatı və axtarış prosesi

Məlum olub ki, sərnişinlər tərəfindən götürülməyən çamadanlar ilk növbədə hava limanının baqaj axtarışı xidmətinin əməkdaşları tərəfindən qeydiyyata alınaraq Ümumdünya Baqaj Axtarışı Sisteminə daxil edilir. Daha sonra xüsusi mühafizə olunan saxlanc məntəqəsinə yerləşdirilir və sahibinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılır.

Axtarış zamanı ilk növbədə, çamadanın birkası və uçuş məlumatları yoxlanılır. Birka olmadıqda isə onun rəngi, forması, xarici görünüşü, uçuş istiqaməti və sərnişinin təqdim etdiyi digər məlumatlar əsasında axtarış aparılır. Uyğunluq müəyyənləşdirildikdə baqajın sahibinə qaytarılması üçün müvafiq tədbirlər görülür.

Beynəlxalq hava daşımaları qaydalarına əsasən, baqaj təyinat yerinə çatmalı olduğu tarixdən etibarən 21 gün ərzində təhvil verilmədikdə sərnişinə kompensasiya ödənilir.

İtmiş əşyalar altı ay saxlanılır

AZAL-ın Daşınma Qaydalarına əsasən, sərnişinlər tərəfindən götürülməyən baqajlar və təyyarədə tapılan əşyalar altı ay müddətində ödənişsiz saxlanılır. Bu müddət ərzində sahiblərin müəyyənləşdirilməsi və əşyaların geri qaytarılması üçün tədbirlər görülür. Altı ay ərzində sahibi tapılmayan əşyalar isə müvafiq normativ hüquqi aktlara uyğun olaraq utilizasiya edilir.

Şirkətin qaydalarına görə, pul, qızıl-zinət əşyaları, elektron avadanlıqlar və digər qiymətli əşyaların qeydiyyata verilən baqajda daşınması tövsiyə olunmur. Bununla belə, itmiş çamadanlarda belə əşyalar aşkar edildikdə onlar qeydiyyata alınır və xüsusi mühafizə olunan şəraitdə saxlanılır. Sahibi müəyyənləşdirildikdə əşyalar ona təhvil verilir.

Uşaqlıq fotoları, məktublar, xüsusi şampun...

AZAL-ın Sərnişin Müraciətləri Şöbəsinin aparıcı mütəxəssisi Aysel Mirzəyeva AZƏRTAC-a bildirib ki, sərnişinlər təyyarə salonunda daha çox telefon, qulaqcıq, planşet, noutbuk, kitab, eynək və geyim əşyalarını unudurlar. Bəzən onların arasında şəxsiyyət vəsiqəsi kimi vacib sənədlərə də rast gəlinir.O bildirib ki, itirilmiş baqajlarla bağlı hər bir müraciət diqqətlə araşdırılır və əşyaların sahiblərinə qaytarılması üçün bütün imkanlardan istifadə olunur. İş prosesində maraqlı, bəzən isə duyğulandırıcı hadisələrlə də qarşılaşırlar: “Məsələn, Bakı–İstanbul reysi ilə uçan sərnişinlərdən biri əl yükünü təyyarədə unutmuşdu. Çantanın içərisində onun uşaqlıq xatirələrini əks etdirən fotoşəkillər, məktublar və şəxsi sənədlər var idi. Həmin sənədlərin köməyi ilə sərnişinlə əlaqə saxlamaq və çantanı ona qaytarmaq mümkün oldu. Başqa bir halda isə itmiş baqajın içərisində xüsusi şampun vardı. Həmin şampunun adını sistemə daxil etməklə onun sahibini müəyyənləşdirə bildik. Belə ki, hava limanlarının “Lost and Found” (İtmiş və tapılmış əşyalar) şöbələrinin əməkdaşları baqajların içərisindəki əşyaları da qeydiyyata alırlar. Məhz bu məlumat sayəsində çamadanın sahibini taparaq yükü ona təhvil verdik”.

İtmiş baqajların 80-90 faizi sahiblərinə qaytarılır

A.Mirzəyeva qeyd edib ki, baqajın itməsi ilə bağlı müraciətlər araşdırılarkən oxşar çamadanlar müəyyən edildikdə sərnişinlər hava limanına dəvət olunur və əməkdaşların müşayiəti ilə saxlanc məntəqəsindəki əşyalara baxış keçirilir.

“Sərnişinin baqajının içərisindəki əşyalar saxlanc məntəqəsindəki çamadanın içindəkilərlə uyğunluq təşkil edərsə, həmin baqaj dərhal sahibinə təhvil verilir. Baqaj tapılmadığı halda isə şirkət tərəfindən sərnişinə kompensasiya ödənilir. Çünki qeydiyyata alınmış hər bir baqaj aviaşirkətin məsuliyyəti altındadır. Əlimizdən gələni edirik ki, yüklər tapılaraq sərnişinlərə qaytarılsın. İtmiş baqajların 80-90 faizi aşkarlanır və sahiblərinə təhvil verilir. Sərnişin məmnunluğu şirkətimiz üçün əsas prioritetlərdəndir”, – deyə o vurğulayıb.

Beləliklə, əlil və uşaq arabaları, rəngbərəng çamadanlar və müxtəlif bağlamalar xüsusi saxlanc məntəqəsində öz sahiblərini gözləyir. Onların hər birinin arxasında yarımçıq qalmış bir səyahət, unudulmuş bir xatirə və ya sahibinə qovuşacağı günü gözləyən bir əşya var. Bəziləri tezliklə sahiblərinə qaytarılacaq, digərlərinin axtarışı isə davam edəcək.

Müxbirlər- Günel Türksoy, Fərid Səlimov
Fotoqraf- Orxan Kərimov
Videooperator- Ələkbər Baxşiyev
AZAL-da itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb

Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH

Mərkəzi Bank “ROX Capital Group” ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb

Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir

NASA-nın “Voyager-1” zondu kosmosda 49 il ərzində 26 milyard kilometr məsafə qət edib

AZAL-da itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

AZAL-da itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Böyük Britaniyada onlarla xərçəng xəstəsinə illərlə normadan artıq kimyaterapiya tətbiq edilib

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

® “PlayStation 5” udmaq istəyirdi, “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı

Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər

“Globe Soccer Awards” 2026-cı il üzrə ən yaxşı futbolçu mükafatına namizədləri açıqlayıb

DİM aqrar sığorta fəaliyyəti üzrə ekspert imtahanı keçirib: 9 nəfər uğur qazanıb

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

Ekspert: Nəqliyyat vasitələrinin texniki vəziyyəti daim diqqətdə saxlanılmalıdır

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirib – ŞƏRH

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

Qazaxıstan “Aral-Xəzər” nəqliyyat dəhlizi layihəsini təqdim edib

Britaniyada enerji xərclərinin illik 443 funt sterlinq artacağı proqnozlaşdırılır

Lüks brendlər “Bond 007” haqqında yeni filmdə yer almaq uğrunda mübarizəyə girişib

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

Bu gün Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günüdür

® “Birbank Private” “PWM” və “The Banker” tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Şahin Babayev: Yaxın gələcəkdə İT və kibertəhlükəsizlik mütəxəssislərinə tələbat artacaq

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

Süni intellekt peşə təhsilinə hələ ciddi təsir göstərmir – Anar Əliyev

Nazir: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

Türkiyənin COP31-də qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

Böyük Qayıdış Azərbaycanın postmüharibə strategiyasının əsas istiqamətlərindən biridir – ŞƏRH

Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - BİRGƏ MƏLUMAT

“Gəncə” amerikalı basketbolçunu transfer edib

Nazir: Sertifikasiyada işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləri olub

AzTU dünyanın dayanıqlı universitetləri siyahısında: “Təhsilin təsiri” üzrə ölkə birincisidir

ABŞ Prezidentinin Çinə səfəri başlayıb

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır

Emin Əmrullayev: Baza bilikləri sonrakı təhsil pillələrinin keyfiyyətinə birbaşa təsir göstərir

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

SABAH.city elmi tədqiqatların kommersiyalaşdırılması məqsədilə “Venture Scientist” proqramına start verib

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO

Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj VİDEO

Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj VİDEO

Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər

Nazir: Almaniyalı həmkarımla regional təhlükəsizlik məsələlərini müzakirə etdik VİDEO

Nazir: Almaniyalı həmkarımla regional təhlükəsizlik məsələlərini müzakirə etdik VİDEO

Ramin Məmmədov: Hər bir xalq üçün başlıca vəzifə tarixi köklərinə bağlılığını qorumaqla inkişaf yolunu müəyyənləşdirməkdir

Rəsmi Tehran İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə CNN-in xəbərini təkzib edib

Birləşmiş Ştatların kommersiya neft ehtiyatları 5,3 milyon barel artıb

Agentlik: Ölkə üzrə 365 məktəb və bağça mərkəzləşdirilmiş istiliklə təmin olunur

Komitə: Azərbaycan Bayrağı ABŞ-də 7 gün ərzində qaydalara uyğun dalğalanıb

FIFA prezidentliyi uğrunda mübarizəyə yeni namizəd qoşulub

Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək VİDEO

Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək VİDEO

®  “İrşad”da yeni missiya başlayır: Yaşıl Cümə! VİDEO

® “İrşad”da yeni missiya başlayır: Yaşıl Cümə! VİDEO

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib VİDEO

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib VİDEO

Avropa İttifaqı təmiz enerji layihələri üzrə icazə prosedurlarını sürətləndirir

“Yüksəliş”: insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

Xankəndidə minaaxtaranlara tikililərin və nəqliyyat vasitələrinin təhlükəsiz yoxlanılması öyrədilib

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir - ŞƏRH

Nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün yekun addımlar atılmalıdır VİDEO

Nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün yekun addımlar atılmalıdır VİDEO

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqlayıb

Alban-Udi icması Amaras monastırını ziyarət edib

İsa Həbibbəyli: Azərbaycan və özbək xalqlarının ortaq folklor ənənələri elmi əsaslarla araşdırılır

“Gedək dərdimizi Sabirə deyək...” – Səməd Vurğun poeziyasına qarşı ittihamlara necə cavab vermişdi?

NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır VİDEO

NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır VİDEO

Almaniya xarici işlər naziri: Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir VİDEO

Almaniya xarici işlər naziri: Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir VİDEO

Jan-Noel Barro: Ukraynada müharibə tərəfi deyilik və belə bir niyyətimiz yoxdur

Qazaxıstan TDT ölkələri ilə rəqəmsal ticarəti genişləndirir

Neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul olunub

Yeni tədris ilində Bakının 12 məktəbində inklüziv siniflər yaradılıb

THE Sahələrarası Elm Reytinqi 2027: UNEC Azərbaycan və Cənubi Qafqazda liderdir

Azərbaycanlı dirijor İtaliyada beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb

Azərbaycan və Özbəkistan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Bundestaqın deputatları Milli Məclisdə olublar

Fransada adambaşına düşən gəlir Avropa dövlətləri arasında ən aşağıdır

Yohan David Vadeful: Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir VİDEO

Yohan David Vadeful: Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir VİDEO

Rəşad Eyubov: Milliyə ilk dəfə dəvət alan Niyazi Osmanovu bir ildir izləyirdik

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir EKSKLÜZİV

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir VİDEO

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir VİDEO

Sədr müavini: 108 Çağrı Mərkəzində süni intellekt vətəndaşların suallarını cavablandıracaq

AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub VİDEO

Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub VİDEO

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı 500 universiteti arasında yer alıb

Milli Məclis məqsədli büdcə fondlarının idarə olunmasının təkmilləşdirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib VİDEO

Milli Məclis məqsədli büdcə fondlarının idarə olunmasının təkmilləşdirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib VİDEO

Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub

Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb

Şencendə APEC-in 33-cü zirvə toplantısı işə başlayıb VİDEO

Şencendə APEC-in 33-cü zirvə toplantısı işə başlayıb VİDEO

Azərbaycanın artan geosiyasi əhəmiyyəti Avropa ilə münasibətlərin yeni mərhələsini şərtləndirir - ŞƏRH

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanının vaxtı və qaydaları açıqlanıb

Elnur Səfərli: Təxminən hər dörd şagirddən biri öz bacarıqlarına uyğun peşə seçimi edir

Messi Argentina Futbol Assosiasiyasından adının kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb edəcək

Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub VİDEO

Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub VİDEO

Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur barəsində həbs qətimkan tədbiri seçib

Türk xalqları folklorunun müqayisəli öyrənilməsinə həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb

“İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı olub