“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO
Şuşa, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Tədbir çərçivəsində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendi ilə təmsil olunaraq turizm potensialını, mədəni irsini və turizm imkanlarını təqdim edib.
Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş etdirilib.
Bağlanış mərasimində "İƏT-in turizm paytaxtı" statusu Pakistanın Lahor şəhərinə təhvil verilib.
Mərasim mədəniyyət və konsert proqramı ilə yekunlaşıb.
16:14
Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak edirlər.
Bağlanış mərasimi müddətində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub.
Müxbir - Tahir Ağaməmmədov