Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO
Qazax, 18 noyabr, AZƏRTAC
Qazaxda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, toqquşan avtomobillərdən birinin sürücüsü İ.Müsədirovun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü T.Dərgahquliyevanın vəziyyətinin isə ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
19:59
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu