İmarət Kompleksində Qarabağ atlarının şousundan FOTOLAR VİDEO
Ağdam, 20 noyabr, AZƏRTAC
Ağdam Şəhəri Günü münasibətilə İmarət Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim olunub.
AZƏRTAC-n bölgə müxbiri xəbər verir ki, hərbi orkestrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası, rəqs ansamblının çıxışları, eləcə də süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi nümunələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Müxbir – Tahir Ağaməmmədov