Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ VİDEO

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ VİDEO

Hanoy, 20 noyabr, AZƏRTAC

Azərbaycan və Vyetnamı uzun illərə söykənən tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr hazırda strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. İki xalqın nümayəndələri arasında humanitar əlaqələr, təhsil mübadiləsi və şəxsi münasibətlər bu dostluğun möhkəmləndirilməsində xüsusi rol oynayır.

Bunu Vyetnamın keçmiş elm və texnologiyalar nazirinin müavini, Milli Assambleyanın keçmiş deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və fəxri prezidenti, doktor Ngiem Vu Khay AZƏRTAC-a müsahibəsində deyib. O, həmçinin Bakıda təhsil aldığı illərlə bağlı xatirələrini bölüşüb, iki ölkə arasındakı tarixi əlaqələri dəyərləndirib və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini irəli sürüb.

– Azərbaycanla Vyetnam arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Vyetnam ilə Azərbaycan arasındakı münasibətlər tarixinin ən perspektivli dövrlərindən birinə qədəm qoyur. Dostluğumuzun dərin tarixi kökləri var və xalqlarımız arasında qarşılıqlı hörmət, həmrəylik və səmimi rəğbət sayəsində daha da möhkəmlənir. 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Bakıya səfəri mühüm tarixi hadisə olub. Onun Azərbaycan mütəxəssislərinin köməyi ilə Vyetnamda neft sənayesinin inkişaf etdirilməsi ideyası sonradan gerçəkləşərək əlamətdar nəticə verib.

1992-ci ilin sentyabrında rəsmi şəkildə qurulan diplomatik münasibətlər davamlı inkişaf edib. Xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama və 2015-ci ildə isə Prezident Çıonq Tan Şanqın Azərbaycana səfərlərindən sonra bu əlaqələr daha da genişlənib. 2025-ci ilin mayında Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində strateji tərəfdaşlığın qurulması münasibətlərimizin tarixində dönüş nöqtəsi olub.

Bu gün münasibətlərimiz ənənəvi siyasi dostluq çərçivəsini aşaraq energetika, ticarət, təhsil, elm, texnologiya və mədəni mübadilə sahələrini də əhatə edir. 1970–1976-cı illərdə Bakıda təhsil almış Vyetnam vətəndaşı kimi mən bu münasibətləri sadəcə diplomatik nailiyyət deyil, həm də dərin şəxsi bağlılıq kimi qəbul edirəm.

Səmimi-qəlbdən ümid edirəm ki, Prezident İlham Əliyevin Vyetnama hazırkı səfəri münasibətlərimizə yeni təkan verəcək və uzun illərə söykənən dostluğumuzu getdikcə daha məzmunlu, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa çevirməyə imkan yaradacaq.

– Ölkələrimiz arasında ənənəvi dostluğun və sıx əlaqələrin daha da möhkəmləndirilməsi üçün hansı imkanları görürsünüz?

– Vyetnam və Azərbaycanın tarixi dostluğu XXI əsrin iqtisadi və texnoloji imkanları ilə birləşdirən yeni əməkdaşlıq modelinin inkişafı üçün böyük perspektivləri var.

Birincisi, energetika sahəsində əməkdaşlıq mühüm baza olaraq qalmalıdır. Azərbaycan neft yataqlarının kəşfiyyatı, neft hasilatı və emalı sahəsində beynəlxalq səviyyədə tanınan təcrübəyə malikdir. Vyetnam isə dənizdəki enerji ehtiyatlarının mənimsənilməsi sahəsində əhəmiyyətli təcrübə qazanıb. Əməkdaşlığı bərpaolunan enerji, enerji səmərəliliyi və yaşıl texnologiyalar sahələrində də genişləndirmək mümkündür.

İkincisi, ölkələrimizin coğrafi mövqeyi mühüm strateji üstünlüklər yaradır. Azərbaycan Vyetnam üçün onu Qafqaz, Xəzər regionu, Mərkəzi Asiya və Avropa ilə birləşdirən qapıya çevrilə bilər. Öz növbəsində, Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya və daha geniş ASEAN bazarı ilə əlaqələrini möhkəmləndirməsinə kömək edə bilər.

Üçüncüsü, elm, texnologiya, innovasiyalar və rəqəmsal transformasiya, xüsusilə süni intellekt, qabaqcıl mühəndislik, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi kimi sahələrdə yeni perspektivlər açır.

Dördüncüsü, təhsil və mədəniyyət mübadiləsini, o cümlədən təqaüd proqramları, birgə tədqiqatlar, universitetlər arasında tərəfdaşlıq və gənclər proqramlarını da gücləndirmək lazımdır.

Nəhayət, mən qəti əminəm ki, Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssis özünəməxsus dostluq və peşəkar əlaqələr şəbəkəsini təmsil edir. Bizim vəzifəmiz bu dəyərli tarixi irsi konkret layihələrə, davamlı tərəfdaşlıq münasibətlərinə və gənc nəsil üçün imkanlara çevirməkdir.

– Azərbaycan və onun xalqı haqqında təəssüratlarınızı bizimlə bölüşməyinizi istərdik.

– Azərbaycan qəlbimdə xüsusi yer tutur. 1970-ci ildə, cəmi 17 yaşım olarkən Bakıya gəlmişəm və Bakı Dövlət Universitetində təhsil alaraq ömrümün unudulmaz altı ilini burada keçirmişəm. Həmin illər Vyetnam üçün son dərəcə çətin dövr idi. Xalqımız milli müstəqillik və ölkənin birləşdirilməsi uğrunda mübarizə aparırdı. Lakin Azərbaycanda biz misilsiz mehribanlıq, dostluq və həmrəylik gördük. Professorlarımız, müəllimlərimiz, kurs yoldaşlarımız və sadə vətəndaşlar bizə səmimiyyət və hörmətlə yanaşırdılar. Onlar bizi azadlıq uğrunda mübarizə aparan cəsur xalqın gənc nümayəndələri kimi görürdülər. İnsanların bizi “Qəhrəman Vyetnam”, “Vyetnam mütləq qalib gələcək”, “Vyetnam – Ho Şi Min” sözləri ilə hərarətlə salamlamasını bu gün də xatırlayıram. Onların dəstəyi bizə güc verir, təhsilimdə daha çalışqan olmağa ruhlandırırdı. 1976-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirdim. Bakıda qazandığım biliklər sonradan Yaponiyada doktorantura tədqiqatlarımı davam etdirməyimə və Vyetnamda elmin inkişafına töhfə verməyimə imkan yaratdı.

Mən Azərbaycanın qədim sivilizasiyasına, zəngin mədəniyyətinə, milli ləyaqətinə, qonaqpərvərliyinə və dözümlülüyünə də dərin heyranlıq duyuram. Azərbaycan mənim üçün əbədi olaraq ikinci vətən olaraq qalacaq.

– Azərbaycan və Vyetnam arasında humanitar mübadilənin, xüsusilə təhsil sahəsində əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Təhsil Vyetnam ilə Azərbaycan arasında dostluq bağlarının mühüm və möhkəm təməllərindən birinə çevrilib. Hələ sovet dövründə Azərbaycan universitetləri və texniki təhsil müəssisələri neft mühəndisliyi, geologiya, fundamental elmlər, texnologiya və hərbi ixtisaslar üzrə minlərlə vyetnamlı tələbə və mütəxəssis hazırlayıb. Məzun icmalarında mütəmadi səsləndirilən fikirlərə görə, Vyetnamın təxminən 4500 vətəndaşı Azərbaycanda təhsil alıb və ya peşə hazırlığı keçib. Onların bir çoxu sonradan alim, mühəndis, universitet müəllimi, yüksək vəzifəli dövlət məmuru və Vyetnamın iri müəssisələrinin rəhbəri olub. Bu insanların töhfəsi Vyetnamın müharibədən sonrakı bərpası və ölkənin sonrakı iqtisadi inkişafı dövründə xüsusilə böyük əhəmiyyət daşıyıb.

Mən də bu təhsil əməkdaşlığının imkanlarından yararlanan şəxslərdən biriyəm. Bakı Dövlət Universitetində qazandığım elmi biliklər, peşəkar intizam və intellektual maraq bütün karyerama dərindən təsir göstərib. Xüsusilə sevindirici haldır ki, 2017-ci ildə Vyetnam Azərbaycanın aparıcı təhsil müəssisələrinin xidmətlərini yüksək qiymətləndirərək onları “Dostluq” ordenləri ilə təltif edib.

Mədəni mübadilə də dostluq assosiasiyalarımızın və diplomatik nümayəndəliklərimizin təşkil etdiyi sərgilər, konfranslar, bədii proqramlar və tədbirlər sayəsində genişlənib. Bununla belə, hesab edirəm ki, biz tarixi nailiyyətləri sadəcə yad etməklə kifayətlənməməliyik.

Təhsil sahəsində əməkdaşlığın təqaüd proqramlarını, tələbələrin akademik mobilliyini, birgə tədqiqatları, rəqəmsal təhsili və müəssisələr arasında tərəfdaşlığı əhatə edən yeni mərhələsinə ehtiyacımız var. Keçmişdə təhsil xalqlarımızı bir-birinə yaxınlaşdırıb. Gələcəkdə isə onlar arasında daha dayanıqlı körpüyə çevrilə bilər.

– Azərbaycan ilə Vyetnam arasında münasibətlərin gələcək inkişafı ilə bağlı gözləntiləriniz nədir?

– Xüsusilə 2025-ci ilin mayında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından sonra Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin gələcəyinə nikbin baxıram. Ən böyük gözləntim siyasi etimadı və tarixi dostluğu hər iki ölkəyə və onların vətəndaşlarına fayda gətirəcək konkret nailiyyətlərə çevirə bilməyimizdir. Birincisi, strateji razılaşmalarımızın həyata keçirilməsi üçün prioritetləri və məsul qurumları dəqiq müəyyənləşdirən, nəticələrin müntəzəm qiymətləndirilməsini nəzərdə tutan səmərəli mexanizmlər yaradılmalıdır. İkincisi, iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə genişləndirilməlidir. İqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərinə və hər iki ölkənin əlverişli coğrafi mövqeyinə baxmayaraq, ticarət və investisiya həcmi hələ də mövcud potensiala uyğun deyil. Üçüncüsü, elm, texnologiya, innovasiyalar və təhsil ikitərəfli münasibətlərin yeni hərəkətverici qüvvələrinə çevrilməlidir. Birgə tədqiqat təşəbbüslərini, akademik mübadiləni, süni intellekt, yaşıl texnologiyalar və insan kapitalının inkişafı sahələrində əməkdaşlığa xüsusi önəm verərdim. Dördüncüsü, mədəni diplomatiya və xalqlar arasında dostluq münasibətlərimizin ən mühüm dayaqları olaraq qalmalıdır.

2029-cu ildə Prezident Ho Şi Minin Bakıya tarixi səfərinin 70 illiyi ərəfəsində ümid edirəm ki, hər iki ölkə bu əlamətdar tarixə həsr olunmuş məzmunlu tədbirlər proqramı və gələcəyə yönəlmiş əməkdaşlıq planı hazırlayacaq. Hər şeydən əvvəl, gənc vyetnamlılarla azərbaycanlıların 50 ildən çox əvvəlki nəsilləri birləşdirən qarşılıqlı anlaşma, etimad və rəğbəti inkişaf etdirdiklərini görmək istərdim. Bu, dostluğumuzun ən dəyərli mirası olardı.

– Azərbaycan ilə Vyetnam arasında ədəbi və mədəni əlaqələrin inkişafına mühüm töhfə vermiş bir şəxs kimi bu sahələrdə ikitərəfli münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, ədəbiyyat və mədəniyyət xalqlarımız arasında ən dərin və möhkəm bağlardan biridir. Vyetnam ilə Azərbaycan arasında coğrafi uzaqlıq olsa da, mədəniyyətlərimizi bir sıra mühüm dəyərlər birləşdirir. Bunlara vətənpərvərlik, milli ləyaqət, ailəyə hörmət, qonaqpərvərlik, mərhəmət və güclü sülh istəyi daxildir. Bakıda təhsil aldığım illərdə Azərbaycanın qədim “Kitabi-Dədə Qorqud” dastanından tutmuş ənənəvi musiqisinə, memarlığına və tarixi abidələrinə qədər zəngin mədəni irsi məndə heyrətamiz hisslər yaratmışdı. Qobustanın qayaüstü rəsmləri və Qız qalası tarixi kökləri olduqca qədimlərə gedib çıxan bir sivilizasiyanı simvolizə edir. Ötən illər ərzində keçirilən mədəni konfranslar, sərgilər, xatirə tədbirləri və dostluq assosiasiyalarının təşəbbüsləri vyetnamlıların Azərbaycanı daha yaxından tanımasına kömək edib. Bununla belə, mövcud potensialı nəzərə alsaq, ədəbi mübadilə hələ də kifayət qədər inkişaf etməyib.

Vyetnamlı oxucular Azərbaycan poeziyası, klassik ədəbiyyatı, müasir nəsr əsərləri və tarixi mövzuda yazılmış əsərlərlə daha geniş tanış olmaq imkanına malik olmalıdırlar. Eyni zamanda, azərbaycanlı oxucular da Vyetnam ədəbiyyatı ilə tanış olmaq üçün daha çox imkan əldə etməlidirlər. Xüsusilə yazıçılar təşkilatları, nəşriyyatlar, universitetlər, tərcüməçilər və mədəniyyət müəssisələri arasında əməkdaşlığın inkişafını arzulayıram. Ədəbiyyat bizə başqa ölkənin yalnız tarixini deyil, həm də ruhunu, arzularını və mənəvi dəyərlərini anlamağa imkan verir. Belə qarşılıqlı anlaşma həqiqi və davamlı dostluğun zəruri təməlidir.

– Vyetnamda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliği istiqamətində fəaliyyətiniz və təşəbbüsləriniz barədə danışa bilərsinizmi?

– Vyetnam və Azərbaycan mədəniyyətləri arasında dostluq və qarşılıqlı anlaşmanın təşviqi həyatımın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. 2015-ci ildə Azərbaycanın təhsil müəssisələrində təhsil almış soydaşlarımın, eləcə də müvafiq təşkilatların dəstəyini alaraq Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi və ilk prezidenti oldum. Hazırda həmin qurumun fəxri prezidentiyəm. Assosiasiya vasitəsilə Hanoydakı Azərbaycan səfirliyi və vyetnamlı tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanın tarixinə və mədəni irsinə həsr olunmuş konfranslar, mədəni mübadilə tədbirləri, sərgilər, xatirə tədbirləri və ictimai müzakirələr təşkil etmişik və onların keçirilməsinə dəstək vermişik. Çıxışlarımda xalqlarımızı birləşdirən vətənpərvərlik, qonaqpərvərlik, tolerantlıq və milli müstəqilliyə hörmət kimi ümumbəşəri dəyərləri xüsusi vurğulamışam. Həmçinin Azərbaycanda təhsil almış keçmiş vyetnamlı tələbələri öz xatirələrini, peşəkar təcrübələrini və Azərbaycan cəmiyyəti haqqında biliklərini gənc nəsillə bölüşməyə çağırmışam. 2017-ci ildə ikitərəfli dostluğun möhkəmləndirilməsinə verdiyim töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindən Azərbaycanın “Tərəqqi” medalını almaq mənim üçün böyük şərəf idi.

Gələcəkdə ədəbi əsərlərin tərcüməsi və nəşri, mədəniyyətə dair nəşrlərin və sənədli layihələrin hazırlanması, eləcə də gənc yazıçılar və alimlər arasında mübadilənin inkişafı istiqamətində daha sistemli fəaliyyətə töhfə vermək istərdim. Mənim əsas qənaətim sadədir: dostluq yalnız rəsmi sənədlərdə deyil, həm də insanların yaddaşında, ədəbiyyatda və qəlbində yaşadıqda həqiqətən möhkəm olur.

– Sizcə, Azərbaycan və Vyetnam arasında elm, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hansı konkret addımlar atılmalıdır?

– Hesab edirəm ki, konkret təşəbbüsə əsaslanan bir neçə praktiki və uzunmüddətli fəaliyyət proqramı qəbul etməliyik. Birincisi, universitetlərimiz və elmi-tədqiqat müəssisələrimiz energetika texnologiyaları, geologiya, ekologiya elmləri, süni intellekt, rəqəmsal transformasiya və dayanıqlı inkişaf, o cümlədən, qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi layihələr həyata keçirməlidirlər. İkincisi, tələbələr, doktorantlar və gənc alimlər üçün ikitərəfli təqaüd və akademik mübadilə proqramları yaradılmalıdır. Birgə təhsil proqramları və qısamüddətli elmi tədqiqat təcrübələrinin təşkili də faydalı olardı. Üçüncüsü, Vyetnam-Azərbaycan Elm və Təhsil Forumunun yaradılmasını təklif edirəm. Forum mütəmadi olaraq növbə ilə hər iki ölkədə keçirilməli, universitetləri, elmi-tədqiqat institutlarını, müəssisələri və dövlət orqanlarının nümayəndələrini bir araya gətirməlidir. Dördüncüsü, ədəbiyyat və mədəniyyət sahəsində əsərlərin qarşılıqlı tərcüməsi və nəşri proqramlarına, ədəbi festivallara, film nümayişlərinə, eləcə də ümumi tarixi irsimizin rəqəmsal arxivlərinin yaradılmasına dəstək verilməlidir. Beşincisi, məzun şəbəkələri, xüsusilə Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər bu fəaliyyətə fəal cəlb olunmalı, onlardan mentor və institusional əməkdaşlığın inkişafında vasitəçi kimi istifadə edilməlidir. Nəhayət, 2029-cu ildə Prezident Ho Şi Minin Bakıya səfərinin 70 illiyinə həsr olunmuş birgə tədbirlər proqramının hazırlanmasını təklif edirəm.

Belə təşəbbüslər tariximizə ehtiram göstərməklə yanaşı, gənc nəsil üçün yeni imkanlar da yaradacaq. Son məqsədimiz tarixi dostluğumuzu bilik, yaradıcılıq və ümumi rifaha əsaslanan dinamik tərəfdaşlığa çevirmək olmalıdır.

Müxbir – Pərvanə Qafarova
Video – Ələkbər Baxşıyev
Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31-da Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

® “Azercell”in “30 il səninlə” lotereyasında daha 14 abunəçi “iPhone 17 Pro“, 2 abunəçi isə “Toyota Corolla Cross“ qazandı!

Almaniya və Avstriya “TikTok”un qitədəki biznesinin Avropanın nəzarətinə verilməsini təklif edir

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur VİDEO

Bu ilin 10 ayında Azərbaycanda daşınmış yüklərin həcmi açıqlanıb

Rəqəmsal həyatın ailəyə təsiri müzakirə olunub

® “Azərbaycan–Afrika İqtisadi və Sosial Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib

Azərbaycanın qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoldaşlıq oyunu keçirəcək

Ağdam Dram Teatrının təqdimatında “Göyçək Fatma” tamaşası nümayiş olunub

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı enerji və nəqliyyat sahələrində yeni imkanlar açır – ŞƏRH

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb

Turxan Süleyman: Kolleclərin ali təhsil müəssisələrinə inteqrasiyası nəzərdə tutulur

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycan əhalisinin sayı açıqlanıb

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Gələn ildən kənd təsərrüfatı sektoruna vergi dəstəyi davam etdiriləcək

Ağdamdakı bayram tədbirlərində “Qarabağ” stendi açılıb

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb

Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Bərdədə maarifləndirici aksiya: yeniyetmə və gənclərə narkotiklərin gizli təhlükələri izah olunub

Britaniya Avropa İttifaqı ilə “Brexit”dən sonrakı münasibətlərə dair razılığa gəlib

Arteta Saka və Subimendinin zədəsi ilə bağlı açıqlama verib

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq

Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Yerli istehsalın təşviqində yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyənləşdirilir

Qaxın aqrar sektoruna iri investisiyalar yatırılır - layihə ərazilərinə baxış keçirilib

Almaniyada metal və elektrotexnika sənayesi işçiləri 24 saatlıq xəbərdarlıq tətilinə başlayıblar

Polşada hava məkanının pozulması ilə bağlı iki şübhəli hadisə araşdırılır

Samuxun kənd təsərrüfatı potensialının genişləndirilməsi istiqamətində tədbirlər görülür

Azərbaycan–Vyetnam münasibətləri: Əsas vəzifə mövcud siyasi yaxınlığı konkret iqtisadi nəticələrlə möhkəmləndirməkdir - ŞƏRH

Azərbaycanın turizm imkanları Ankarada beynəlxalq sərgidə nümayiş etdirilir

Macarıstanın 5,4 milyard avroluq Aİ müdafiə krediti təsdiqlənib

Çində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə sənaye və investisiya əməkdaşlığı imkanlarından danışılıb

Əkin işləri bitmədən pul hesabda olacaq – Fermerlər üçün yeni dəstək mexanizmi

QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər şəffaflığın və hesabatlılığın gücləndirilməsinə xidmət edir RƏY

Xaçmaz və Siyəzəndə brakonyerliklə məşğul olan beş nəfər saxlanılıb

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ VİDEO

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ VİDEO

“Narkotikə yox deyək, sağlam həyat tərzi seçək!” - ADPU-da maarifləndirici seminar

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır VİDEO

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır VİDEO

“Brent”in qiyməti 90 dollara enib

Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə başlanılıb

Avropada istiqraz emissiyalarının həcmi 2 trilyon avronu ötərək rekord həddə çatıb

® Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir

Mərdəkanın 118 illik yadigarı: Axund Abuturab türbəsi - FOTOREPORTAJ

AMEA-nın strukturunda dəyişiklik edilib

Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub

Güləş millimiz Gürcüstanda çempion olub

Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb

Özbəkistanda Şah İsmayıl Xətai adına mərkəz açılıb, Xətai və Əmir Teymur irsi müzakirə edilib

Aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərlə praktiki təcrübə arasında əlaqənin gücləndirilməsi müzakirə olunub VİDEO

Aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərlə praktiki təcrübə arasında əlaqənin gücləndirilməsi müzakirə olunub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNİB

ADPU-nun dekanı: Ermənistan UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - MONİTORİNQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xankəndidə futbol bayramı: Yenilənmiş stadionda tarixi qarşılaşma - REPORTAJ

Nazir müavini: Fermerləri məlumatlandırmağa və onların gəlirlərinin artırılması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik VİDEO

Nazir müavini: Fermerləri məlumatlandırmağa və onların gəlirlərinin artırılması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik VİDEO

Şöbə müdiri: Pestisid istifadəsi normadan artıq olmamalıdır

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edir

Ayasofyanın yeraltı hissəsində daha qədim dövrə aid tikinti qatları aşkar edilib

Azərbaycan elminə qrant dəstəyi: maliyyələşdirilən tədqiqatların nəticələri və yeni hədəflər

 Ekspertlərdən xəbərdarlıq: Britaniya ordusu dron dövrünə hazırlaşmalıdır

İmarət Kompleksində Qarabağ atlarının şousundan FOTOLAR VİDEO

İmarət Kompleksində Qarabağ atlarının şousundan FOTOLAR VİDEO

Britaniyada ölkə miqyasında gizli kibertəhlükəsizlik əməliyyatı keçirilib

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Milli Məclis sədrinin müavini: Prezidentin Vyetnama səfəri yeni əməkdaşlıq imkanları yaradacaq ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq? VİDEO

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq? VİDEO

Ulu Öndərin müəyyənləşdirdiyi kurs yeni dövrün tələblərinə uyğun davam etdirilir

Elçin Əsgərov: Azərbaycan xalqı və İraq türkmanları arasında ortaq irsin araşdırılması əsas istiqamətlərdən olmalıdır

İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib

Allergiyanın əsl səbəbi düşündüyümüzdən fərqli ola bilər – Alimlərdən yeni nəzəriyyə

Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq və qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNİB -2 VİDEO

Ağdamın dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür - ŞƏRH

Böyük Britaniya və Avropa İttifaqı gənclərin mobilliyi ilə bağlı razılığa gəlməyə hazırlaşır

MDB ölkələrinin parlament sədrləri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

Messi MLS-də ən çox maaş alan futbolçu statusunu qoruyub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AMEA ilə Kembric Universiteti arasında elmi əməkdaşlıq genişləndiriləcək

Aİ Myanmanı rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı qərarı icra etməyə çağırıb

® “Baku Steel Company” QSC açıq tender elan edir

Milli Kitabxanada Ağdam Şəhəri Günü münasibətilə sərgi açılıb

® “Trendyol”da “Əfsanə günlər” başlayır

® “AzInTelecom” SİMA həllərini Portuqaliyada keçirilən “Web Summit”də təqdim edib

® “AccessBank” QSC “WEB Application Firewall” üzrə tender elan edir

Mahmud Xəlil Cəfər Cayırlı: İraq türkmanlarının ana dilinin qorunması üçün dərsliklərin hazırlanması vacibdir

Xaçmazda bitki mühafizə vasitələrinin satış obyektlərində monitorinqlər aparılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib

Proqram sisteminin müşayiəti zamanı meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metod hazırlanıb

Qazaxda İdman Festivalı keçirilir

Xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb