Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ VİDEO

Hanoy, 20 noyabr, AZƏRTAC

Hanoyun tam mərkəzində, izdihamlı küçələrin və müasir şəhər memarlığının əhatəsində Vyetnam tarixinin ən ağır səhifələrindən birini özündə yaşadan bir məkan yerləşir.

XIX əsrin sonlarında Fransanın müstəmləkə hakimiyyəti tərəfindən inşa edilmiş keçmiş həbsxana – Hoalo tarixi kompleksi bu gün Vyetnam xalqının müstəqillik uğrunda mübarizədə ödədiyi ağır bədəli xatırladır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərini işıqlandıran azərbaycanlı jurnalistlər bu tarixi kompleksə baş çəkiblər.

Hoalonun tarixi 1896-cı ildə, Fransanın müstəmləkə administrasiyasının Fransız Hind-Çinindəki ən böyük həbsxanalardan birinin tikintisinə start verməsi ilə başlayıb. Lakin bu qərarın arxasında təkcə həbs yerlərinin genişləndirilməsi zərurəti dayanmırdı.

Qorxu üzərində qurulmuş müstəmləkə hakimiyyəti

Hoalonun tarixi XIX əsrin sonlarında, Fransanın Hind-Çində öz hökmranlığını möhkəmləndirdiyi dövrdə başlayıb. Vyetnam əhalisinin müqaviməti artdıqca müstəmləkə administrasiyası polis aparatını genişləndirir, məhkəmə sistemini təkmilləşdirir və həbsxana şəbəkələri yaradırdı. Bu, təsadüfi şəkildə yaradılmış müəssisələr toplusu deyil, milli azadlıq hərəkatını boğmaq məqsədilə məqsədyönlü şəkildə formalaşdırılan mexanizm idi.

1896-cı ildə Fransanın müstəmləkə hakimiyyəti Hanoyda Hoalo həbsxanasının tikintisinə başlayıb. Bu həbsxana Fransız Hind-Çininin ən böyük həbsxanalarından birinə çevrilib. Müəssisə rəsmi olaraq “Maison Centrale” – “Mərkəzi həbsxana” adlanırdı. Lakin zahirən neytral səslənən bu adın arxasında xarici hökmranlığa qarşı çıxan minlərlə vyetnamlı vətənpərvərin və inqilabçının saxlanıldığı məkan gizlənirdi.

Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, fransızlar həbsxananın tikintisi üçün çoxəsrlik dulusçuluq ənənələri ilə tanınan Fukanh kəndinin ərazisini seçmişdilər. Yerli sakinlər başqa yerə köçürüldü, onların gündəlik həyat və əmək fəaliyyətinə alışdıqları məkan isə müstəmləkə infrastrukturuna verildi. Təxminən 12 908 kvadratmetr ərazidə təkcə həbsxana deyil, həm də məhkəmə müəssisəsi və gizli polis bölməsi yerləşdirildi.

Beləliklə, sənətkarlıqla məşğul olan kəndin yerində bütöv bir inzibati-repressiv kompleks yaradıldı. Bu hadisə müstəmləkə siyasətinin səciyyəvi xüsusiyyətlərindən birini əks etdirir: öz hökmranlığını təmin etməyə çalışan hakimiyyətin maraqları naminə yerli əhalinin mənafeləri qurban verilirdi.

Azadlıq arzusu qarşısında beşmetrlik divarlar

Hoalo həbsxanasının memarlıq quruluşu özlüyündə məhbusun ilk növbədə təcrid və nəzarət obyekti hesab edildiyi sistemin mahiyyətini əks etdirirdi.

Həbsxananın xarici divarlarının hündürlüyü beş metrə, qalınlığı isə yarım metrə çatırdı. Divarların üzərinə tikanlı məftillər çəkilmiş, şüşə qırıntıları yerləşdirilmişdi. Kompleksin dörd küncündə əraziyə nəzarət etməyə imkan verən müşahidə qüllələri ucaldılmışdı. İçəridə isə divarlar boyunca xüsusi patrul yolları salınmışdı.

Həbsxananın tikintisinə 1896-cı ildə başlanılıb, 1899-cu ildə isə istifadəyə verilib. Əvvəlcə onun layihə üzrə tutumu təxminən 450–500 nəfər üçün nəzərdə tutulmuşdu. Lakin qısa müddət ərzində məhbusların faktiki sayı bu göstəricini xeyli üstələyib.

Hoalo həbsxanasının divarları arxasında məhbuslar fiziki və psixoloji zorakılıqla, qida çatışmazlığı, antisanitariya şəraiti və xəstəliklərin yayılması ilə üzləşirdilər. Muzey ekspozisiyasında bu sistemin necə fəaliyyət göstərdiyini və siyasi əqidələrinə görə həbsə atılmış insanların hansı şəraitdə saxlanıldığını izləməyə imkan verən materiallar nümayiş olunur.

Fransa hökmranlığına qarşı çıxanların vəziyyəti xüsusilə ağır idi. Milli öz müqəddəratını təyin etmək uğrunda mübarizə təqiblərə məruz qalmaq üçün əsas sayılır, həbsxana isə müqaviməti təşkil etmək iqtidarında olan insanların cəmiyyətdən təcrid edilməsi vasitəsi kimi istifadə olunurdu.

Müqaviməti məhv edə bilməyən həbsxana- “inqilab məktəbi”

Lakin fransız müstəmləkəçiləri ən başlıca məqsədlərinə – vyetnamlı vətənpərvərlərin siyasi iradəsini qırmağa nail ola bilmədilər. Saxlanma şəraitinin ağırlığına baxmayaraq, məhbuslar bir-biri ilə əlaqə saxlamağı, inqilabi ideyaları yaymağı, tədris məşğələləri təşkil etməyi və siyasi fəallıqlarını qoruyub saxlamağı davam etdirirdilər. Hoalo həbsxanasında özünəməxsus siyasi maarifləndirmə mühiti formalaşmışdı. Məhz bu səbəbdən həbsxana Vyetnamın tarixi yaddaşında “inqilab məktəbi” adını qazanmışdı.

Kompleksin tarixində ən diqqətəlayiq paradokslardan biri də budur: müstəmləkə rejiminin əleyhdarlarını təcrid etmək və onların müqavimətini boğmaq məqsədilə yaradılmış müəssisə həmin insanların əqidələrinin möhkəmləndiyi və siyasi təşkilatlanmasının gücləndiyi məkana çevrilmişdi.

Hoalo həbsxanasında saxlanılanlar arasında sonradan müstəqil Vyetnamın dövlət quruculuğunda mühüm rol oynamış şəxslər də olub. Tarixi kompleksin məlumatına görə, keçmiş məhbuslardan azı beşi sonradan Vyetnam Kommunist Partiyasının Baş katibi vəzifəsini tutub.

Hələ girişdən məlum olur ki, bu yer məhbusları islah etmək və ya yenidən tərbiyələndirmək məqsədilə yaradılmayıb. Memarlıq quruluşu, otaqların planlaşdırılması, ağır qapılar və metal konstruksiyalar tamamilə başqa məqsədə – insan azadlığını maksimum dərəcədə məhdudlaşdırmağa xidmət edirdi.

Xüsusilə kameralar ağır təəssürat yaradır. Kiçik otaqlar, iri qıfıllar və məhdud sahə insanlara hansı şəraitdə saxlanıldıqlarını heç olmasa təxmini təsəvvür etməyə imkan verir.

Jurnalistlər üçün ən ağır emosional məqam məhbusların saxlanma şəraitinə həsr olunmuş ekspozisiya ilə tanışlıq olub. İnsanların ən elementar şəxsi məkan hüququndan belə məhrum edildiyi kameralar ziyarətçilərdə sıxıntı və hiddət hissi doğurub. Bu məkanların hər birinin arxasında muzey təsvirinə sığmayan bir insan taleyi dayanır.

Gilyotin – müstəmləkə sisteminin qəddarlıq rəmzi

Hoalo muzeyinin, bəlkə də, ən ağır eksponatlarından biri gilyotindir. Onun həbsxana kompleksində nümayiş etdirilməsi belə insana ağır təsir edir. Bu, artıq sadəcə repressiv sistemin mövcudluğunun sübutu deyil, müqaviməti məhv etməyə çalışan hakimiyyətin nə dərəcədə qəddarlığa əl ata bildiyini xatırladan bir nümunədir.

Hətta muzeydə olarkən qarşında edamlar və siyasi repressiyalar tarixi ilə bağlı belə bir əşya dayananda baş verənlərə emosional olaraq laqeyd qalmaq çətindir.

Hoalo insanı xalqların azadlıq uğrunda hansı bədəl ödədiyi və başqalarının iradəsini boğmaq üzərində qurulan sistemlərin nə dərəcədə qeyri-insani ola bildiyi barədə düşünməyə vadar edir.

Qadınlar bölməsi: 270 kvadratmetrlik sahədə 300 qadın

Ekspozisiyanın ayrıca bir hissəsi Vyetnamın müstəqilliyi uğrunda mübarizədə iştirak etdiklərinə görə Fransanın müstəmləkə hakimiyyəti tərəfindən həbs olunan qadınlara həsr edilib.

Məhz burada Hoalo tarixinin daha bir, xüsusilə faciəli tərəfi üzə çıxır.

Qadınlar bölməsinin sahəsi cəmi 270 kvadratmetr idi. Bu ərazidə dörd kiçik kamera, uşaqlı qadınlar üçün otaq, məhbuslar üçün ayrıca kamera, hamam və daxili həyət yerləşirdi.

Müəyyən dövrlərdə burada eyni vaxtda 300-dək qadın saxlanılırdı.

Bu rəqəmlərin reallıqda nə demək olduğunu təsəvvür etmək belə çətindir. Məhdud sahə, axar suyun olmaması, təhlükəsiz olmayan sanitar şərait və ərzaq təminatındakı problemlər məhbusların gündəlik həyatını ağır sınağa çevirirdi.

Hoalo həbsxanasında saxlanılmış qadınlar arasında inqilabi hərəkatın iştirakçıları olan Nquyen Thi Kuang Thay, Ta Thi Kau və Dam Thi Sen də olub.

Lakin qadınlar belə şəraitdə də öz əqidələrindən dönmürdülər. Onlar bir-birinə dəstək olur, həmrəylik nümayiş etdirir və həbsxana qaydalarına qarşı çıxırdılar. Bundan əlavə, qadınlar biliklərini, əqidələrini və mübarizəni davam etdirmək əzmlərini qoruyub saxlamaq məqsədilə siyasi və mədəni mövzularda məşğələlər təşkil edirdilər.

Həbsxanada uşaqları ilə birlikdə qadınların da saxlanılması barədə məlumat xüsusilə ağır təsir bağışlayır. Muzeyin quru təsvirlərinin arxasında övladları ilə birlikdə həbsə atılmış, normal yaşayış şəraitindən və elementar təhlükəsizlik imkanlarından məhrum edilmiş anaların taleyi dayanır.

Bu ekspozisiya bir həqiqəti xatırladır: müstəmləkə repressiyaları yalnız siyasi mübarizədə bilavasitə iştirak edən insanlara qarşı yönəlmirdi. Onun ağır nəticələri ailələrə, qadınlara və uşaqlara da təsir göstərirdi.

Milli tarixin bir hissəsi

Bu gün Hoalo sadəcə tarixi məkan deyil, Vyetnamın milli yaddaşının mühüm bir hissəsidir. Muzey müstəmləkəçilik dövrünə aid sübutları qoruyub saxlayır, həbsdə olmasına baxmayaraq, müstəqillik ideyasından dönməyən insanların taleyindən bəhs edir.

Ekspozisiyada fotoşəkillər, sənədlər, məhbusların şəxsi əşyaları, kameraların rekonstruksiyaları və digər tarixi materiallar nümayiş olunur. Hər bir zal keçmişin müxtəlif səhifələrini açır, müstəmləkə sistemini siyasi bəyanatlar vasitəsilə deyil, insanların yaşadığı real şərait üzərindən görməyə imkan verir.

Bu muzeyin özünəməxsus cəhəti ondan ibarətdir ki, burada yüksək pafoslu şüarlara ehtiyac yoxdur. Kameraları, metal konstruksiyaları və gilyotini görmək müstəmləkə rejiminin müqaviməti boğmaq mexanizminin necə işlədiyini anlamaq üçün kifayətdir.

Burada prinsipial bir sual yaranır: Avropa dövlətlərinin demokratiya, insan hüquqları və azadlıq haqqında bu qədər tez-tez danışdığı indiki dövrdə Avropa müstəmləkəçiliyinin tarixi nə üçün hələ də bu qədər ciddi diqqət tələb edir?

Fransanın Vyetnamdakı müstəmləkə hökmranlığı Avropa tarixinin elə bir hissəsidir ki, onu yalnız memarlıq irsi, mədəni təsir və ya diplomatik münasibətlər prizmasından qiymətləndirmək mümkün deyil. Bu hökmranlığın arxasında xalqın siyasi müstəqillikdən məhrum edilməsi, repressiyalar və insanların iztirabları dayanırdı.

Müstəmləkə həbsxanasından müstəqilliyin tarixi rəmzinə doğru

Hoalonun tarixini Vyetnam xalqının Fransa müstəmləkəçiliyinə qarşı apardığı ümummilli mübarizədən ayrı nəzərdən keçirmək mümkün deyil. Milli azadlıq hərəkatı tədricən genişmiqyaslı qarşıdurmaya çevrildi və bu mübarizə 1954-cü ilin mayında fransız qoşunlarının Dyenbyenfu döyüşündə məğlubiyyəti ilə başa çatdı.

1954-cü ilin iyulunda imzalanan Cenevrə sazişləri Hind-Çində hərbi əməliyyatların dayandırılmasını təsbit etdi, münaqişənin nizamlanması ilə bağlı gələcək siyasi və hərbi şərtləri müəyyənləşdirdi. 1954-cü il oktyabrın 10-da Hanoy azad edildi. Hoalo həbsxanasının Fransa müstəmləkə hakimiyyəti tərəfindən istifadə olunduğu dövr başa çatdı və kompleksin idarəçiliyi Vyetnam hakimiyyətinə keçdi.

Bununla belə, müəssisənin tarixi həmin dövrdə bitmədi. Vyetnam müharibəsi zamanı kompleksin bir hissəsindən amerikalı hərbi əsirlərin saxlanılması üçün istifadə olunub. 1964–1973-cü illəri əhatə edən bu mərhələ muzeydə ayrıca təqdim edilir və ölkə tarixinin artıq başqa bir dövrünə aiddir.

1993-cü ildə Hanoyun inkişafı ilə əlaqədar keçmiş həbsxananın ərazisinin böyük hissəsinin təyinatının dəyişdirilməsi barədə qərar qəbul edildi. Ərazinin beşdə dördü şəhər tikintisi üçün ayrılır, qalan hissə isə qorunub saxlanılaraq tarixi-memorial kompleksə çevrilir. 1997-ci ildə Hoalo milli əhəmiyyətli tarixi abidə statusu aldı.

Bu gün həmin məkan Vyetnam xalqının öz taleyini müstəqil şəkildə müəyyən etmək hüququ uğrunda hansı bədəli ödədiyini xatırladır. Burada müstəmləkəçilik tarixi mücərrəd siyasi ifadələrlə deyil, konkret sübutlarla – dağıdılmış sənətkarlıq kəndi, hündür həbsxana divarları, həddindən artıq dolu kameralar və öz əqidələrinə görə azadlıqdan məhrum edilmiş insanların taleləri ilə canlanır.

Hoalo həm də Fransa müstəmləkə administrasiyasının aradan qaldıra bilmədiyi bir ziddiyyəti xatırladır. Müstəmləkə hakimiyyətinin sərəncamında polis aparatı, məhkəmələr, həbsxanalar və güc strukturları var idi, lakin o, Vyetnam xalqının müstəqillik arzusunu məhv edə bilmədi.

Fransa geridə həbsxana divarları, kameralar və repressiyaların sübutlarını qoyub getdi. Lakin bu gün Hoalonun tarixi irsi, ilk növbədə, həmin divarların susdurmalı olduğu insanlarla bağlıdır. Məhz onların mübarizəsi Vyetnamın azadlıq tarixinin bir hissəsinə çevrilib.

Hoalonun tarixindəki başlıca paradoks da məhz bundan ibarətdir: Fransa müstəmləkə administrasiyasının azadlıq mübarizəsi iştirakçılarını təcrid etmək və müqavimətlərini boğmaq məqsədilə yaratdığı məkan zaman keçdikcə onların dönməzliyinin və milli azadlıq mübarizəsinin rəmzlərindən birinə çevrilib.

Hoalo ziyarəti insanda heç də asan olmayan təəssürat yaradır. Xüsusilə də ona görə ki, muzeydəki hər bir eksponatın arxasında həyatı böyük mübarizənin bir hissəsinə çevrilmiş real insan dayanır.

Vyetnam üçün müstəqillik uzun və ağır tarixi mübarizənin nəticəsi olub. Bu gün Hoalo muzeyi bir daha xatırladır: azadlıq müstəmləkə hakimiyyəti tərəfindən xalqa bəxş edilməyib. Onu qazanmaq üçün mübarizə aparmaq lazım gəlib.

Müxbir – Pərvanə Qafarova
Video – Ələkbər Baxşıyev

 

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi -  Hoalo muzeyindən REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

Şuşadan Meksikaya uzanan yaddaş: Vətən sevgisi nifrət deyil, sülh çağırışıdır

Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub

11 ölkədən tarixi ekoloji öhdəlik: Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkiləcək

Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb

Ermənistanın itkin düşmüş şəxslər üzrə razılaşmaların icrasından yayınması nəyə xidmət edir? TƏHLİL

Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi

Höteborq Universitetinin dosenti: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi beynəlxalq humanitar hüququn tələbidir

Bu saata olan əsas xəbərlər

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkəti normal rejimə qaytarılıb

Lerikdə fermer təsərrüfatları genişlənir: müasir texnologiyalar və yeni istehsal imkanları

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

Adi şüşə qablar necə sənət əsərinə çevrilir?

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

İtkinlərin taleyi ətrafında “humanitar dialoq” - Ermənistanın ikili mövqeyi

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

Bilal Dündar: Azərbaycanın enerji və nəqliyyat imkanları ölkənin beynəlxalq siyasi çəkisini artırır

® PAŞA Holding COP-da niyə iştirak edir?

Qazaxıstan yazıçısı: Hər bir ailə Qarabağda itkin düşmüş yaxınlarının taleyindən xəbər almaq hüququna malikdir

“Parla” proqramına bu il 2020 müraciət daxil olub

Orta Dəhliz Vyetnam üçün Avropa ilə ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar açır - ŞƏRH

Baş direktorun müavini: Ermənistan itkin düşmüş azərbaycanlıların axtarışı üzrə vədlərdən əməli addımlara keçməlidir

Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

Azərbaycan parataekvondoçusu: Dünya çempionu olmaq çox qürurverici hissdir

Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya

Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır

“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda plenara tövsiyə edilib

Məcnun Məmmədov Culfada vətəndaşların müraciətlərini dinləyəcək

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Direktor: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir

Fransada COVID-19-un yayılması sürətlənir

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək

“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib

Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya bazarlarına çıxışını genişləndirəcək ŞƏRH

“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir

Səməd Vurğunun ev-muzeyində qorunan nadir eksponatlar

Turxan Süleyman: Təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması diqqət mərkəzindədir

“Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” - beynəlxalq elmi konfrans YENİLƏNİB

Hafiz Səfixanov: Azərbaycanlı itkinlərlə bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Sərdar Hacıyev: Torpağımızın münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir

® “Azərikard” finteklər üçün yeni imkanlar təqdim edib

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yolda məcburi dayanma qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir

® “INMerge” 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 min dollar qazanacaq

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi -  Hoalo muzeyindən REPORTAJ  VİDEO

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ VİDEO

Ermənistanın humanitar əməkdaşlıq bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət – RƏY

Nazirliyin sektor müdiri: Kolleclərə qəbul olunanlar arasında 61 yaşlı tələbə də var

Qarşılıqlı iqtisadi maraqlara və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Vyetnam münasibətləri - ŞƏRH

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

Naxçıvanda musiqi və incəsənət məktəbləri müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı konfrans keçirilib

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

Ağdam bu gün böyük dirçəliş dövrünü yaşayır - ŞƏRH

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

Xüsusi təyinatlı kolleclərə qəbul planı 141,9 faiz yerinə yetirilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır - ŞƏRH

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

Azərbaycanda sərnişindaşımada avtomobil nəqliyyatının payı təqribən 12 faiz artıb

57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı

Kolleclərə 2026-2027-ci tədris ilində 22 mindən çox tələbə qəbul olunub

Yeni Azərbaycan Partiyası zamanla yenilənən siyasi irsdir - ŞƏRH

“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzadıb

Uşaq hüquqlarının qorunması cəmiyyətin ümumi məsuliyyətidir – Kukla Teatrında tədbir

Azərbaycanla Vyetnam arasında münasibətlər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir - RƏY

Uşaqdan-böyüyə hamının Ramiz Rövşəni

Ağcabədi gəncləri “Səyyar Gənclər Xidməti” çərçivəsində 5 günlük proqramda iştirak ediblər

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

® “Azercell”in “30 il səninlə” lotereyasında daha 14 abunəçi “iPhone 17 Pro”, 2 abunəçi isə “Toyota Corolla Cross” qazandı!

Almaniya və Avstriya “TikTok”un qitədəki biznesinin Avropanın nəzarətinə verilməsini təklif edir