Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə namizədlərin, qeydə alınmış namizədlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli 4/25 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Mehdiabad bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   qərara alır:

 

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının üzvü Tamara Gülağa qızı Orduxanovanın səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

 

Sədr      Məzahir Pənahov

 Katib     Arifə Muxtarova

 Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin