CƏMİYYƏT
Yanvarın 12-də paytaxtın bir hissəsinə su fasilələrlə veriləcəkdir VİDEO
Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 12-də paytaxtın bir hissəsinə suyun verilməsində fasilələr yaranacaqdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq həmin prospektdən keçən iri diametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar yanvarın 12-də saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və “Azərneftyağ” neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.