4-cü “YAŞAT” düşərgəsi davam edir









Bakı, 19 iyun, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, düşərgənin birinci həftəsində əyləncə saatı və stolüstü oyunlar, səhər idmanı, futbol və voleybol yarışları təşkil olunub. Həmçinin “Bakcell” şirkəti tərəfindən iştirakçılar üçün innovasiya və texnologiya mövzusunda təlim proqramı reallaşdırılıb.
Uşaqlar “Faceart” tədbirində və hovuz saatında xoş, əyləncəli vaxt keçiriblər.
Düşərgə iştirakçıları “ABAD” tərəfindən keçirilən dulusçuluq və gips ustad dərsində yeni bilik və bacarıqlar əldə ediblər.
“Ağız boşluğu gigiyenası” mövzusunda “Dayaq Xeyriyyə”nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində keçirilən təlim də uşaqların marağına səbəb olub.
ASAN Radio və Tv-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında “Şeron qrupu” ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, "Zubocistka.az";
Media dəstəyi: ASAN Radio/Tv