4. Əmək bazarının təkmilləşdirilməsi
4.1. | Qeyri-neft sektorunda yeni iş yerlərinin yaradılmasına üstünlük verməklə ərazi sosial-iqtisadi inkişaf və məşğulluq proqramlarının hazırlanıb həyata keçirilməsi, bu proqramların keyfiyyətinin artırılması və onların icrasına nəzarətin gücləndirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları yerli özünüidarəetmə orqanları işəgötürənlər birliklərini və həmkarlar ittifaqını cəlb etməklə | 2007-2010 |
4.2. | Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyələşmə və kredit mexanizmlərinin təkmilləşdirilməsi, kredit qoyuluşlarının sturukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisinin artırılması sahəsində müvafiq təkliflərin hazırlanması | İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank | 2007 |
4.3. | İşaxtaran və işsiz vətəndaşların arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardım edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2010 |
4.4. | Üstün inkişaf etdirilən regionlarda, o cümlədən dağlıq və sərhədyanı rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və yerli istehsalın inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
4.5. | İşaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və bu işlərin səmərəliliyinin artırılması üzrə tədbirlərin gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
4.6. | Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və digər işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan qeyri-formal əmək fəaliyyətinə cəlb edilən işçilərin əmək fəaliyyətlərinin leqallaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2010 |
4.7. | Respublikanın əmək bazarında xarici işçi qüvvəsinin iştirakının tənzimlənməsi və nəzarət işinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə | 2007-2010 |
4.8. | Ölkə daxilində əməkçi miqrantların hüquqlarının qorunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə | 2007-2010 |
4.9. | Tarazlaşdırılmış investisiya və vergi siyasəti əsasında regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılmasına və mövcud olan iş yerlərinin təkmilləşdirilməsinə dair proqnozların hazırlanması | İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2010 |
4.10 | Uşaq əməyinin aradan qaldırılması üçün inzibati metodlarla yanaşı, iqtisadi və digər metodlardan istifadə edilməsini təmin etməklə müvafiq tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları müvafiq qeyri-hökumət təşkilatları ilə birlikdə | 2007-2010 |