İQTİSADİYYAT
53 MİN TONDAN ÇOX
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrda Bakıdan dəmiryolu və tankerlərlə 11 min 895 ton avtomobil benzini, 34 min 948 ton dizel yanacağı, 3 min 866 ton təyyarə yanacağı, 2 min 471 ton butan yüklənib yola salınmışdır.
Boru kəmərlərindən əlavə, ötən ay 53 min 180 ton neft məhsulları göndərilmişdir.