5 YAŞLI PƏHLƏVAN
Onun belə pəhləvan cüssəsinə malik olmasının səbəbi genetik dəyişikliklərdir. Uşağı xüsusi tibbi müayinədən keçirən və DNT analizini yoxlayan həkimlərin fikrincə, bu, ilk belə mutasiyadır.
Həkimlər aydınlaşdırmışlar ki, bəzi dəyişikliklər sayəsində DNT əzələnin artımını məhdudlaşdıran miostatin zülalının istehsalının qarşısını alır.
İndi alimlər belə hesab edirlər ki, “əsl fövqəladə uşağı” ətraflı və dərindən müayinə etməklə, əzələ distrofiyasından əziyyət çəkən insanlara kömək edə bilərlər. Çox güman ki, bodibildinq pərəstişkarları da gen mühəndisliyinin ən yeni nailiyyətlərindən istifadə etmək arzusunda olacaqlar.
Özünü gümrah və yaxşı hiss edən bu nadir uşağın adı hələlik açıqlanmır. Bircə o məlumdur ki, onu keçmişdə qısa məsafələrə peşəkar qaçışçı olmuş almaniyalı idmançı doğmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]