REGİONLAR
66 saylı Biləsuvar seçki dairəsində ümumxalq səsverməsinə hazırlıq işləri başa çatmaq üzrədir
Biləsuvar, 16 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə (referenduma) hazırlıq işləri Biləsuvar rayonunda artıq başa çatmaq üzrədir.
66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının sədri Əzizağa Hətəmov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 44 seçki məntəqəsində 48 min 16 seçici qeydə alınıb, siyahılar çap olunaraq məntəqələrə paylanılıb. Bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları məntəqələrdə hamının tanış ola biləcəyi yerlərdən asılıb. Dairə və məntəqələrdə seçki komissiyası üzvlərinin maarifləndirilməsi və səriştələrinin artırılması üçün lazımi işlər aparılıb.
MSK-nın Təqvim Planına uyğun olaraq hazırda seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər yazılır.