MƏDƏNİYYƏT
6-cı ANİMAFİLM Naxçıvanda




Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev 6-cı ANİMAFİLM festivalının əks-sədası tədbiri çərçivəsində Naxçıvanda olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 11 və 15 nömrəli tam orta məktəbin şagirdlərinə “Pıspısa xanım və Siçan bəy”, “Hər bir yerdə”, “Bacı olmaq”, “Korvin”, “Kiçik bir səyahət”, “Pərixanım Sofiyeva”, “Timid və ağacdələn”, 2, 4 və 12 nömrəli tam orta məktəbin şagirdlərinə isə “Hədis”, “Hidari”, “Şəfəq saçan səma altında”, “Fizika”, “Yengəc” və “Bizim uniforma” animasiya filmləri nümayiş etdirilib.
Qeyd edək ki, həmçinin Naxçıvan məktəbliləri 6-cı ANİMAFİLM festivalının və “Sehrli xalça” tammetrajlı filminin treylerinə də baxmışlar.