6 NÖMRƏLİ ORTA MƏKTƏB SİMASINI DƏYİŞİR
Prezident İlham Əliyev mayın 30-da Gəncədə Cəfər Cabbarlı adına 6 nömrəli orta məktəbə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, Gəncənin aparıcı ümumtəhsil ocaqlarından olan bu məktəb 1936-cı ildə inşa
edilmişdi. Hazırda burada təmir işləri ən yüksək səviyyədə görülür və şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılacaqdır. 47 sinif otağı və 34 fənn kabineti olan bu məktəbdə 900 şagird təhsil alır, 149 müəllim çalışır.
Prezident İlham Əliyev təmirin gedişi ilə maraqlandı, yenidənqurma işlərinin ən yüksək səviyyədə aparılması ilə bağlı məsləhət və tövsiyələrini verdi.
Respublikamızın Qərb bölgəsinə səfərini başa çatdıran Prezident İlham Əliyev mayın 30-da Bakıya qayıtdı.