6 YANVAR
![]() |
1907-ci il. Azərbaycanın tanınmış aktyoru, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlı (Hacıyev) anadan olub (1907-1980). İ.Dağıstanlı 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). O, 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Aktyor “Səbuhi”, “Böyük dayaq”, “Qatır Məmməd”, “Qara daşlar”, “Koroğlu”, “Kölgələr sürünür”, “Axşam konserti” və başqa filmlərdə çəkilib. |
![]() |
1938-ci il. İtaliyanın tanınmış kinoaktyoru, estrada müğənnisi, bəstəkar, rejissor Adriano Çelentano anadan olub. Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq dövrdə A.Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. |
![]() |
1938-ci il. Azərbaycanlı şair Mikayıl Müşfiq (İsmayılzadə) vəfat edib (1908-1938). M.Müşfiq müasir Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynamış nadir istedadlı şairlərdəndir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Gənc şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. M.Müşfiq repressiya dövründə 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib. |
![]() |
1962-ci il. Azərbaycan aktrisası, SSRİ Xalq Artisti Mərziyyə Davudova (1901, Həştərxan - 1962, Bakı) vəfat edib. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn M.Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Geniş yaradıcılıq diapazonuna malik olan aktrisanın Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətləri olub. O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər filmlərdə çəkilib. |
![]() |
1976-cı il. Azərbaycanın klassik bəstəkarı, dirijor, librettoçu, Xalq Artisti Əfrasiyab Bədəlbəyli vəfat edib (1907-1976). Sənətkar Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. Ə.Bədəlbəyli ilk milli baletin müəllifidir. O, 33 yaşında yazdığı “Qız qalası” əsəri (1940) ilə musiqi tariximizdə Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifi kimi adını mədəniyyət tariximizə qızıl hərflərlə həkk edib. Ə.Bədəlbəyli bir çox dram tamaşalarına (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.). musiqi bəstələyib. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]




