DÜNYA
Türkiyədə prezident seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə başladı VİDEO
İstanbul, 31 iyul (AZƏRTAC). Avqustun 10-da Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı iyulun 31-də bu ölkənin xarici ölkələrdəki 54 diplomatik nümayəndəliyində səsvermə başlayıb.
Xəbər verdiyimiz kimi, artıq iyulun 26-dan ölkənin gömrük-keçid məntəqələrində başlanan səsvermə avqustun 9-dək davam edəcək.
Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, diplomatik nümayəndəliklərdə təşkil olunan səsvermə xarici ölkələrdəki Türkiyə vətəndaşlarının sayına uyğun olaraq, ölkələr üzrə 1, 2, 3 və 4 gün davam etməklə avqustun 3-də başa çatacaq.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul